Amerika xəyallarınız Penn State ilə birlikdə gerçək olur

 

Amerikanın eləcə də dünyanın ən fantastik universitetlərindən biri olan Pennsylvania State University 2022-ci il payız sessiyası üçün sənəd qəbulunu açıq elan edir.

 

Penn State olaraq da bilinən Pennsylvania State University, Philadelphia şəhərində yerləşən özəl bir Ivy League tədqiqat universitetidir. 1740-cı ildə ABŞ -ın qurucularından olan Benjamin Franklin tərəfindən gələcək nəsillər üçün bir məktəb yaratmaq arzusu ilə quruldu.

Franklin, yalnız ruhanilərin təhsilinə deyil, həm də sənət və humanitar biliklərə, eləcə də əhalinin daha yaxşı yaşamaq və yaşatmaq üçün lazım olan praktiki bacarıqları öyrənməsinə yönəlmiş ali təhsil konsepsiyasını müdafiə etdi.

Penn State-in artıq uzun illərdir davam edən akademik mükəmməlliyi, tələbə müvəffəqiyyətinə sərmayə qoyması və rəqibsiz imkanlar təmin etmə öhdəliyi, universiteti təhsil almaq üçün əla bir yer halına gətirir. Universitetin akademik heyəti arasında 5 Nobel və 5 Pulitzer Mükafatı qalibi 4000 müəllim yer alır.

 

TOP 11 - World University Rankings 2020

TOP 10 - The Top 100 Universities In The USA

TOP 3 - The Best Pre-Med Schools, Ranked

TOP 1 - Best Schools to Study Communication & Media Studies in the United States

TOP 1 - 10 Best Psychiatric Nurse Practitioner Programs

 

2017-ci ilin payızından etibarən, Pennsylvania State University-də 21,599 tələbə bakalavr və magistr təhsili alır. Penn State, ikili diplom proqramı, bənzərsiz ixtisaslar və akademik elastiklik təklif edərək, fənlərarası öyrənmə və araşdırmalara çox diqqət yetirir. 

Bəli, Pensilvaniya Universiteti tələbələrə hərtərəfli İngilis dili proqramı (ELP) təklif edir. Bu sıx proqramlar sayəsində ingilis dili səviyyəniz akademik göstəricilərin ən yüksək səviyyəsində olacaqdır. Universitet idmana və istirahətə çox ciddi yanaşır.Burada tələbələr xokkey, atletika və istirahət idman klublarında iştirak edirlər.

Təhsil müəssisəsi Penn State icmasının dəyər və istedadlarını bölüşmək istəyən tələbələrin axtarışındadır. Penn State University-də keçirəcəyiniz illərinizin nəinki akademik və karyera axtarışlarınızı formalaşdıracağını, həm də dünyagörüşünüzü genişləndirəcəyini, təsəvvür edə bilməyəcəyiniz təcrübələr üçün zəmin yaradacağını görəcəksiniz.

 

Universitet haqqında daha çox məlumat əldə etmək və ən qısa zamanda təcrübə proqramlarına qoşulmaq üçün vaxt itirmədən müraciət edin!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 76 / 050 512 28 28

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər