Amerikada ingilis dili dərəcənizi yüksəltmək indi çox asandır!

 

  • Universitetdə kreditlərinizi yüksəltmək üçün ingilis dilində əlavə dərslər alırsınız?

  • Universitet proqramına başlamazdan əvvəl Akademik İngilis dili bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz?

  • Təhsilinizi online yoxsa kampus daxilində alırsınız?

  • Karyeranızı inkişaf etdirmək üçün Business English bacarıqlarınızı inkişaf etdirmək arzusundasınız?

  • Amerika mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında daha çox məlumata sahib olmaq istərdiniz?

 

Qeyd edilən bəndlərdən heç olmasa biri sizi ifadə edirsə, o zaman University of Delaware English Language Institute (ELI) məhz sizin üçündür!

 

University of Delaware US News və World Reports tərəfindən ən yaxşı 100 universitet və kollec sıralamasına daxil edilmişdir.

 

#91 National Universities (dövlət və özəl)

#39 Top Public Schools

#10 Chemical Engineering

 

Mükəmməllik ənənəsi tarixini 1743 -cü ildən bəri davam etdirən University of Delaware milli və beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisəsidir. Universitetin nüfuzlu məzunları arasında ABŞ prezidenti Co Bayden, keçmiş dövlət katibi, əyalət qubernatoru, Nobel mükafatı laureatları və İstiqlal Bəyannaməsini imzalayan bir çox görkəmli xadim yer alır.

Universitet tələbələrə 150-dən çox bakalavr proqramı və 200-dən çox magistr dərəcəsi proqramı ( Doktorantura və Məzun Sertifikatları) təklif edir.

 

English Language Institute (ELI)

İngilis dili tədrisində 40 illik mükəmməl tədris keçmişinə malik ELI artıq online tədris fəaliyyətinə də başlayır!

1979-cu ildə qurulan University of Delaware English Language Institute (ELI) elmi dərəcəyə sahib olmaq istəyənlər, iş və hüquq mütəxəssisləri, ingilis dili müəllimləri və ümumiyyətlə ingilis dili öyrənənlər üçün yüksək keyfiyyətli intensiv “ingilis dili proqramları” təklif edir.

University of Delaware English Language Institute (ELI) İngilis Dili Proqramları Akkreditasiyası Komissiyası (CEA) tərəfindən akkreditə olunmuş, ingilis dili proqramları üçün CEA standartlarına riayət etməyi qəbul etmişdir.

Bundan əlavə, ELI, Universitet və Kollec İntensiv İngilis Proqramları Konsorsiumunun (UCIEP) və ABŞ-ın Amerika İntensiv İngilis Proqramları Birliyinin (AAIEP) üzvüdür və ingilis proqramlarında peşəkar keyfiyyət standartlarını təbliğ edir. ELI eyni zamanda TESOL -un (Başqa dillərdə danışan ingilis dili müəllimləri üçün) əsas standartlarına uyğundur.

İstər kampusda, istərsə də online təhsil tədris üsulunu seçmə imkanına sahibsiniz. Bacarıqla öyrədilən dərslər, həftəlik ictimai fəaliyyətlər və müxtəlif tələbə xidmətləri də daxil olmaqla tam onlayn şəkildə dünyanın hər yerindən ingilis dilini mükəmməl şəkildə öyrənə bilərsiniz.

 

Intensive English Program (IEP)*

Graduate Conditional Admissions Program (Graduate CAP)*

Academic Transitions (AT)*

Pre-MBA *

American Law & Legal English Institute (ALLEI)

Language Adventure USA

Accelerated University English Program (AUEP)*

IELTS test preparation*

Executive English Program

Delaware EFL Teacher Training Program (DEFT)*

Master’s in teaching English as a second language (MA-TESL)*

Corporate tutoring

Evening Program*

 

* Ulduzla işarələnmiş bəndlər online olaraq tədris edilir.

 

THE UNIVERSITY OF DELAWARE ELI 2021-ci il payız mövsümü üçün online və kampus daxilində tələbə qəbuluna start verir. 

Seçim sizindir:

ELI ilə birlikdə Newark-da kampus dərslərinə başlaya bilərsiniz və ya etibarlı internet bağlantısı olan hər yerdən onlayn dərslərə qoşula bilərsiniz. Bununla yanaşı Çindəki UD-də, Ningbo, Nottingham Universitetində qərb tərzi bir kampus təcrübəsindən zövq alarkən Çindən virtual UD dərsləri ala bilərsiniz. Harada olursunuzsa olun, eyni müstəsna təlimat və dəstəyi alacağınıza əmin olun.

 

Dostlar, THE UNIVERSITY OF DELAWARE ELI haqqında daha çox məlumat əldə etmək və ən qısa zamanda qəbul qazanmaq üçün vaxt itirmədən müraciət edin! 

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 76 / 050 512 28 28

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər