Azeri Student şirkətinin yeni tərəfdaşı BDO və tələbələrimiz üçün iş imkanları

 

Azeri Student xaricdə təhsil şirkəti olaraq uğurlu karyeranın təməlinin dəstəklənən təhsildə olduğunu bilirik. Buna baxmayaraq tələbələrimizin sadəcə təhsil həyatını deyil, gələcək iş imkanlarını düşünərək onlar üçün karyera imkanları yaratmağa çalışırıq. Məhz buna görə də şirkətimiz BDO müstəqil şirkətlər şəbəkəsinin Azərbaycanda ilk və yeganə rəsmi üzvü BDO ilə tərəfdaşlığa imza atıb.

BDO Azərbaycan MMC dünyada 5-ci ən böyük auditor qrupudur. Şirkət dünyanın 135 ölkəsində 1,118 ofisində çalışan 49,000 əməkdaşı birləşdirən bir şəbəkədir. Şirkətin müştəriləri arasında ən qabaqcıl beynəlxalq və yerli şirkətlər, dövlət qurumları və qeyri-kommersiya təşkilatları yer alır.

BDO-nun hesabatları dünya investorları, o cümlədən London, Nyu-York, Frankfurt, Tokio və Şanxay Fond Birjalarının iştirakçıları üçün keyfiyyətə əminlik deməkdir. Bu qurumun hesabatlar iri banklar və bütün beynəlxalq maliyyə qurumları (EBRD, IFC, Dünya Bankı) tərəfindən qəbul edilir. BDO-nun fəaliyyəti sadəcə auditlə yekunlaşmır. BDO-nun üzv firmaları audit, mühasibat uçotu, korporativ maliyyə, İslam maliyyəsi, qiymətləndirmə, korporativ idarəetmə sistemləri, biznes konsaltinq və başqa sahələrdə peşəkar xidmət göstərir.

 

Bəs siz necə belə bir nüfuza malik şirkətdə çalışmaq istərdinizmi?

BDO xaricdə təhsil alaraq məzun olmuş Azeri Student tələbələrinə karyera perspektivləri quraraq sabit bir platforma təqdim etməyi sosial öhdəlik olaraq görür. Gənc istedadlar üzərində çalışmaq, bilik əldə etmək üçün möhkəm zəmin yaratmaq və bununla da şirkətin rəqabət qabiliyyətini gücləndirmək istəyir.

Siz burada çalışmaqla yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də öz karyera perspektivlərinizi yüksəldəcəksiniz. BDO-da işçinin əməyinin onun qabiliyyət və bacarıqlarına, nailiyyətlərinə, peşəkarlıq səviyyəsinə uyğun qiymətləndirilməsinə diqqət edilir. Burada müvafiq motivasiya sistemləri tətbiq olunur. Karyeranın planlaşdırılması, korporativ münasibətlərin inkişafı, innovativ fəaliyyətin dəstəklənməsi istiqamətində addımlar atılır. Hər kəsə bərabər imkanlar mühiti yaradılır. Sizə uyğun vakansiyalarla tanış olmaq üçün https://www.bdo.az/en-gb/home linkinə keçid edə bilərsiniz.

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər