Claremont Summer Camp

Claremont School 1-18 yaşınadək uşaqlara təhsildən öncə onlara ətaraf-mühiti sevməyi, bir-birinə hörmət etməyi və ən əsası hər kəsə bərabərhüquqlu davranmağı öyrədən dostcanlısı, universitet ab-havasında kiçik internat məktəbdir. Məktəb 100 hektarlıq geniş,açıq meşəlik ərazidə yerləşir və paytaxt Londondan cəmi 70 dəqiqə uzaqlıqladır. Məktəbdə beynəlxalq  şagirdlərlə bir yerdə ümumi 640 şagird təhsil alır.

 

Claremont Summer Camp 11-17 yaşınadək şagirdlərə zəngin öyrənmə təcrübəsi olaraq ingilis dili kurslarından əlavə, mükafatlı ifaçılıq sənəti məktəbi və futbol akademiyasında iştirak imkanları təqdim edir.

Şagirdlər məktəbin geniş ərazilərindən və müxtəlif imkanlarından yararlanaraq 3 çətin,lakin maraqlı proqramlardan birini seçəcək. London ve Brighton-da mədəni ekskursiyalarla bərabər, Battle-dakı kiçik tarixi kənddə yerləşən yataqxanalarda dünyanın hər yerindən gələn uşaqlarla sosiallaşaraq unudulmaz bir təcrübə əldə edəcəklər.

 

Proqrama nələr daxildir ?

 

1. 30 saatlik ingilis dili dərsləri (Beginner/Intermediate/Advanced)

2. Günlük axşam əyləncələri 

3. Hər gün günortadan sonra keçirilən Performing Arts və Sport dərsləri

4. Həftənin 7 günü təmin olunan səhər, Günorta, axşam yeməkləri

5. Yataqxanalar mağazalara, London dəmir yol vağzalına və digər fəaliyyət mərkəzlərinə sadəcə 75 dəqiqə uzaqlıqdadır

6. Həftənin bir günü full-time London turu

7. Həftənin üç günü- günün yarısından yerli ərazidə - Brighton, Eastbourne, Hastings turları

8. Hava limanına transfer ( gediş və gəliş )


 

Şagirdlər Claremont Summer Camp-də keçirdikləri vaxt ərzində bir-birindən fərqli, maraqlı fəaliyyətlər ilə məşğul ola bilərlər:

 

1. Performing Art

  Bu program vasitəsi ilə yaradcıcılığa həvəsi olan uşaqlara səhnə dərsləri və texnikası, ansambl, xor dərsləri keçirilərək şagirdləri bu yolda daha təcrübəli şəxsiyyət kimi yetişdirmə imkanı verilir.

2.  İdman ( Football Academy daxil olmaqla)

 Şagirdlər futbol, üzgüçülük, tenis, voleybol, basketbol, badminton və at sürüşü kimi idman növləri ilə məşğul olaraq həm əylənirlər, həm də bu yolda daha professional insan kimi yetişirlər.

3. Axşam fəaliyyətləri

 Axşam əyləncə proqramı  şagirdlərə əylənərək ingilis dili və mədəniyyətini həvəsləndirici və innovativ şəkildə öyrədir.

4. Bundan başqa, film gecələri, istedad şouları, komandalı oyunlar, karaokelər və s kimi maraqlı fəaliyyətlər mövcuddur.

 

Claremont Summer Camp-in ilk günü keçirilən ‘’ Welcome Disco Party ‘’ sayəsində şagirdlər camp boyunca bir yerdə əylənə biləcəyi dostlar tapırlar. 

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər