Hər şey sıfırdan başlayır!

Game development nədir?

Ən sadə formada, game development - oyun hazırlamaq prosesidir.

 

"Mən game developer olmaq istəyirəm, nədən başlamaq lazımdır?" - Hər şey sıfırdan başlayır. Konsept rəssamı, level dizayner, proqramçılar və ən əsası etibarlı bir komandanızın olduğundan əmin olmalısınız.

 

Game development mərhələləri (addım-addım):

 

Addım 1: Yüksək Konsepsiya

Game development’in ilk mühüm addım yüksək konsepsiyadır. Bu ümumi bir fikirdir. Qısa təsviri istifadə edərək, siz oyunun ideyasın vizuallaşdırırsınız.

 

Addım 2: Pitch

Pitch - potensial investorlar qarşısında layihənin qısa strukturlaşdırılmış təqdimatıdır. İdeya və məqsədlərinizi ən yaxşı şəkildə ifadə etmək üçün fikirinizi ümumiləşdirilmiş şəkildə təqdim edirsiniz. Maddi və kommersiya baxımından investorların sizə dəstək olma səbəbi məhz pitch olmalıdır.

 

Addım 3: Konsepsiya

Daha sonra, burada oyunun bütün aspektlərini təsvir edirsiniz. Burada biz hadisələrin gedişatı, demoqrafika, risklərin təhlili və bir çox əlavə məlumat haqqında danışırıq.

 

Addım 4: Oyun Dizayn Sənədi

Bu sənəd real oyun prosesinin və layihənizin prototip aspektlərini əhatə edə bilər.

 

Addım 5: Prototip

Prototip oyun yaratmağın ilkin mərhələlərindən biridir. Prototip "developer"-lər arasında ünsiyyəti asanlaşdırır və iş planlaşdırmasına kömək edir.

 

Addım 6: İstehsalat

  • Dizayn

  • Level Yaradılması

  • Proqramlaşdırma

Səs və ilkin qrafika resursları kimi amillər artıq burada tətbiq olunmağa başlayır. Oyun forma almağa başlayır. Buradakı proqramlaşdırma oyunun inkişaf prosesinə təkan verir.

 

Bu sahədə inkişaf etmək və ixtisaslaşmış peşəkar olmaq arzusundasan? DigiPen Institute of Technology sənə kömək edəcək, hansı ki, tələbələri sənayenin inkişaf edən texnoloji sahələrində uğur qazanan ixtisaslı mühəndislər, rəssamlar və dizaynerlər hazırlamaqdadır.

 

DigiPen Institute of Technology, dünyanın ilk kollecidir ki, texnologiya və game development üzrə Bakalavr dərəcəsi təklif edir. Bugünkü gün universitet texnologiya yönümlü proqramların geniş spektrini təklif etməkdədir.

 

Sən də sözügedən sahə üzrə xaricdə keyfiyyətli təhsil axtarışındasan? Azeri Student komandasının peşəkar konsultantları sənə bu yolda operativ və keyfiyyətli şəkildə dəstək olmağa hər zaman hazırdırlar. Görüş təyin et və arzularına çat!

 

Ünvanlar:

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.