House of Istituto Marangoni

Istituto Marangoni 1935-ci ildən bəri moda, dizayn və incəsənət sahələrində keyfiyyətli təhsil təklif edən qabaqcıl müəssisələrdən biridir. Moda dünyasında yenilikçi trendlər dedikdə ağla gələn Vogue Italia və Marangoninin birgə əməkdaşlığı çərçivəsinde ‘House of Istituto Marangoni’ adlı dijital platforma fəaliyyətə başlayacaq. Bu layihə həm də Marangoninin 85-ci il dönümünün bir növ təntənəsidir (bayramıdır).

Milano Moda Heftesi zamani istifadeye verilecek olan bu platforma Moda Dizayni, Moda Biznesi ve Staylinq tələbələrinə öz kolleksiyalarını nümayiş etdirmək şansı verəcək.

 

28 sentyabrda keçirilməsi planlanan  platforma üçün mətbuata və seçilmiş auditoriyaya özəl tanıtımın ardından, platformanin hamı üçün açıq olacaqi və növbəti aylarda yeni məzmunlar, virtual danışıqlar və interaktiv tədbirlər ilə daim yenilənəcəyi nəzərdə tutulmuşdur.

 

Əlavə olaraq Marangoni tələbələri portfellərini və CV-lərini Vogue Italia tərəfindən seçilmiş mütəxəssislər tərəfindən incələnmə şansı qazanacaqlar.

 

Platformada Enhancing The Future proyektində iştirak etmiş - Giambattista Valli, Ibraihm Kamara, Tom Dixon, Sølve Sundsbø kimi bir sira dünyaca məşhur dizaynerlər və yaradıcı şəxsiyyətlərlə ekskluziv reportajlar da yer alacaq. 

 

‘House of Istituto Marangoni’ dəb nümayişləri və digər dəb eventləri ilə bağlı yeni məlumatları özündə əks etdirecek. Belə ki, oktyabr ayında Milan dəb məktəbi ilə 2019/2020- ci ilin ən yaxşı dəb dizaynerlərinin dəfiləsi, ardından Firenze dəb məktəbinin dəfiləsi və Milan Dizayn Məktəbinin dəfiləsi baş tutacaq.

 

27 oktyabrda Shezhen Moda Həftəsi zamanı, Shenzhen Moda Məktəbi ən yaxşı məhsullarını sərgiləyəcək, həmən ardından isə Paris Moda Mektebi tələbələrin orijinal hazırlıq periodunu kino olaraq hazırlayıb, nümayiş etdirəcək.

 

İstituto Marangoni, beynəlxalq gənc istedadların yetisdiricisi olaraq dijital platformanın işə salınması ilə birlikdə davamlılığa fokuslanmiş bir layihə hazırlamaq  üçün moda, incəsənət və dizayna həvəsi və yaradıcı beyni olan bütün gənclərin qatılacağı bir yarışma teşkil edəcək və iştirakçılardan biri 14 təqaüd şansından 1ini qazanma şansı  edəcək.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.