İngiltərə universitetlərinə qəbul üçün növbəti şans!

UK universitetlərindən University of Essex və University of York oktyabr, noyabr ayları üçün qəbul prosesinə davam edir. Əgər siz sentyabr qəbuluna gecikmisinizsə bu şansı qaçırmayın.

 

University of York - Russell Qrupunun bir üzvü olaraq, ilham verici və həyatı dəyişdirən araşdırmalar üçün dünyanın ən öndə gələn qurumlarından biri olaraq mövqeylərini möhkəmləndirməyə davam edir.

University of York, Birləşmiş Krallığın York şəhərində yerləşir. 1963-cü ildə qurulan kampus, geniş akademik fənləri əhatə edən otuzdan çox şöbəyə və mərkəzə sahibdir. York mərkəzləşdirilməmiş bir universitetdir və hər tələbə universitet daxilində doqquz kollecdən birinə qəbul olur.

Sunday Times görə, "York, Britaniyanın akademik müvəffəqiyyət hekayələrindən biridir və 40 il ərzində rəqibi Oksford və Cambridge kimi böyük şöhrət qazanmışdır. Bəzi ixtisaslar üzrə - məsələn, müəllimlik proqramlarında tədris keyfiyyətinin rəsmi qiymətləndirmələrinə görə Oxford'dan daha yaxşı bir keçmişə sahibdir."

 

University of Essex - Maraqların hakim olduğu və yeni düşüncə tərzlərinin öyrənilməsinin və sərhədlərin aşılmasının təşviq edildiyi bir universitet. University of Essex The Times və The Sunday Times Good University Guide nəticələrinə əsasən TOP 29-da yerləşir.

Universitet iki şey üçün çalışır: tədrisdə mükəmməllik və araşdırmada mükəmməllik. Tələbə müvəffəqiyyətini missiyalarının mərkəzinə qoyur, bütün tələbələri üstün nəticələr əldə etmək üçün dəstəkləyir; şagirdləri gələcək həyatlarında uğur qazanmağa hazırlayırlar.

 

  • 40th in the Times University Guide 2021

  • 8th for Social Sciences in the UK, THE World University Rankings 2021

  • 1st in the UK and 22nd in the world for International Outlook, THE World University Rankings 2021

 

140-dan çox fərqli ölkədən 15,500-dən çox tələbə bu təhsil mərkəzini dünyanın ən müxtəlif beynəlxalq universitetlərindən biri halına gətirir. Siz burada, Londondan sadəcə 1 saatlıq məsafədə yüksək keyfiyyətli tədrisdən zövq ala bilərsiniz.

 

Siz də vaxt itirmədən, sənədlərinizlə birgə ofisimizə yaxınlaşaraq, peşəkar konsultasiyadan keçib Böyük Britaniya xəyallarınıza doğru addım ata bilərsiniz!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər