İngiltərədə YAY MƏKTƏBİ - Warwick Summer Schools 2022

Əgər siz, akademik yüksəlişi, əyləncəli sosial proqramla birləşdirən maraqlı yay fürsəti axtarırsınızsa, sizə iki təklifimiz var: 15-17 yaşlı gənclər üçün nəzərdə tutulmuş Pre-University Summer School (PRESS) və 18+ yaşlı tələbələr üçün nəzərdə tutulmuş Warwick Summer School(WSS).

PRESS proqramı Warwick-in əyləncəli kampusunda qalmağı və məşhur paytaxt Londonda gecələməni birləşdirən 10 gecəlik tam əhatəli yaşayış təhsili proqramıdır. Yay Məktəbində iştirak edən tələbələr ‘Introduction to Economics and Finance’ və ya ‘A Taste of Social Sciences’ proqramlarından birini seçə bilərlər.

 

  • Dünyanın hər yerindən olan həmfikir həmyaşıdları ilə söhbətlər

  • Warwick universitetinin ən yaxşı fakültələrində universitet həyatının və bakalavr təhsili haqqında məlumatlar

  • Liderlik və ünsiyyət bacarıqları daxil olmaqla şəxsi effektivlik təlimi

  • Böyük Britaniyada Universitetə ​​hazırlıq

  • 10 gün gözəl və özünəməxsus Warwick kampusunda yaşamaq

  • Möhtəşəm paytaxt Londonda iki gün və bir gecə keçirmək

  • Oxford və Stratford-Upon-Avon daxil olmaqla, Böyük Britaniyanın ən məşhur yerlərini ziyarət etmək


WSS proqramı İngiltərənin Qəlbində Warwick Universitetinin gözəl kampusunda keçirilən üç həftəlik Yay Məktəbidir. Yay Məktəbində iştirak edən tələbələr Economics, Sciences, Social Sciences və Business sahələrində bir sıra orta və yüksək səviyyəli kurslardan birini seçə bilərlər. Yay Məktəbi kursları ingilis dilində tədris olunur. Tələbənin ingilis dili səviyyəsi onların müraciəti və yazışmaları vasitəsilə qiymətləndirilir.

Warwick Yay Məktəbi 2019-cu ildən bəri, dünyanın hər yerindən olan tələbələri cəlb edir. Bütün kurslar öz sahələrində mütəxəssis olan işçilər tərəfindən tədris olunur. Bu proqramlarda keçilən dərslər, universitetə qəbul zamanı sizin akademik göstəricilərinizə təsir edəcək.

Proqramı bitirdikdən sonra bütün tələbələr Warwick Universiteti tərəfindən iştirak sertifikatı ilə təltif olunacaq. İştirak sertifikatına əlavə olaraq, istəyə bağlı kurs qiymətləndirməsində iştirak edən tələbələrə həmçinin Warwick Universitetinin rəsmi nəticələrinin transkripti göndəriləcək.

 

Yay məktəbləri ilə bağlı hər hansı bir sualınız yaranarsa, zəhmət olmasa Azeri Student komandası ilə əlaqə saxlayın.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27 / 050 254 03 29

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər