Johns Hopkins University - Fərqli təhsil, Əvəzsiz təcrübə!

The Johns Hopkins University ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzidir. Universitetin Merilend ştatında salınan şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada, İtaliyada, Çində və Sinqapurda da kampusları mövcuddur. Johns Hopkins University’nin əsas kampusu Homewood adlanır.

 

Cons Hopkins Universitetinin nəzdində aşağıdakı məktəb və institutlar fəaliyyət göstərir:

  • Zenvil Kriger İncəsənət və Elmlər Məktəbi - universitetin əsas institutudur, tələbələrə 60-dan çox ixtisas üzrə proqram təklif edir. Bu məktəb Homvud kampusunda yerləşir.

  • Vaytinq Mühəndislik Məktəbi - Homvudda yerləşir, tələbələrə yalnız mühəndislik proqramları təklif edir.

  • Təhsil Məktəbi - 1909-cu ildə biznes və təhsil üzrə ixtisaslaşmış məktəb kimi yaradılıb, 2007-ci ildən biznes və təhsil bölmələri ayrılıb və iki müxtəlif məktəblər yaranıb.

  • Tibb Məktəbi - Şərqi Baltimorda universitetin Tibbi İnstitutlar kampusunda, Cons Hopkins Hospitalının yanında yerləşir. Bu məktəb dünyanın ən yaxşı tibb məktəbi və biotibbi tədqiqat mərkəzi kimi tanınır.

  • Tibb Bacısı Məktəbi - Cons Hopkins Hospitalının və Tibb Məktəbinin yaxınlığında yerləşir.

  • Blumberq İctimai Səhiyyə Məktəbi - 1916-cı ildə yaradılıb, dünyanın ən böyük səhiyyə məktəblərindəndir. ABŞ-ın "U.S. News & World Report" jurnalı tərəfindən dünyanın bir nömrəli ictimai səhiyyə məktəbi adlandırılıb.

  • Keri Biznes Məktəbi - 2007-ci ildə yaradılıb və Mərkəzi Baltimorda Maunt Vernonda yerləşir.

  • Pibodi İnstitutu - 1857-ci ildə yaradılıb, Mərkəzi Baltimorda çarlz küçəsində yerləşir. ABŞ-ın ən qədim konservatoriyalarından biri olan bu institut 1977-ci ilədək Cons Hopkins Universitetinin bölməsi kimi fəaliyyət göstərib. Hazırda institut müstəqil olaraq tələbə qəbul edir və dərəcələr verir.

  • Paul Nitsşe Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbi - 1943-cü ildə yaradılsa da, 1950-ci ildən Cons Hopkins Universitetinin bir hissəsinə çevrilib. Məktəb Vaşinqtondakı kampusda yerləşir, beynəlxalq problemlər, münasibətlər, diplomatiya və iqtisadiyyatın öyrənilməsi ilə məşğuldur. Bu təhsil müəssisəsinin Boloniyada, İtaliyada, Nankində və çində filialları fəaliyyət göstərir.

  • Tətbiqi Fizika Laboratoriyası - Merilend ştatında Laurel şəhərində yerləşir, ABŞ-ın Təhlükəsizlik Departamenti, NASA (Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsi), dövlət və vətəndaş müəssisələrinin məqsədləri üçün tədqiqatlar aparır. Bu laboratoriya Cons Hopkins tibb müəssisələri ilə birgə 100-dən çox biotibbi qurğular yaradıb, həmçinin Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu ilə sıx əlaqələr qurur.

 

Məşhur məzunları

  1. Nikolas Börns - ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini

  2. İbrahim Qəmbəri - BMT Baş katibinin müavini

  3. Lourens Di Rita - Pentaqonun məruzəçisi

  4. Devid Yakobson - ABŞ-ın Kanadadakı səfiri

  5. Məhəmməd Zubair Xan - Pakistanın sabiq ticarət naziri

  6. Hans Huqervorst - Niderlandın səhiyyə naziri

  7. Uanq Cuancya - Çinin BMT-dəki səfiri

  8. Piter Aqr - kimya üzrə Nobel mükafatı laureatı

  9. Ceyms Frank - fizika üzrə Nobel mükafatı laureat

 

Ümumilikdə universitetin 33 məzunu Nobel mükafatına layiq görülüb. Dünyanın başqa universitetlərində olduğu kimi, Johns Hopkins University’nin tələbələri də buradakı yataqxanalarda yaşayaraq təhsil alırlar. Lakin bu təhsil ocağında yataqxanalarla tam təminat əsasən I-II kurs tələbələri üçün nəzərdə tutulub.

Johns Hopkins University’də təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirilir, elektriklə işləyən nəqliyyat vasitələri yaradılır, suya qənaət edilir, təbii qidalara üstünlük verilir və s. Tələbələr nəqliyyat vasitəsi kimi velosipedlərdən istifadə edirlər.

Johns Hopkins University’də hazırda 19000-dən çox tələbə təhsil alır. Onların 4744-nü bakalavr, 14275-ni doktorant və magistrlər təşkil edir. Universitetdə 15000 nəfərdən çox professor-müəllim heyəti çalışır. Cons Hopkins Universitetinin missiyası tələbələrə elm öyrətməklə yanaşı, onlara həyat dərsi keçmək, müstəqil tədqiqatlara sövq etmək, eləcə də elmə dəyərli töhfələr verməkdir. Bu qədim ali təhsil ocağının dünya elminin inkişafında əldə etdiyi mühüm və əlamətdar yeniliklər danılmazdır.


 

  • #9 National Universities (tie)

U.S. News & World Report, 2022

 

  • #17 Best Engineering Schools

U.S. News & World Report, 2022

 

Johns Hopkins University universiteti, proqramları və qəbul prosesi haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə Azeri Student konsultantları ilə əlaqə saxlaya bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər