MBA - Master of Business Administration

MBA oxumağın üstünlükləri nələrdir? Xaricdə ən məşhur master proqramı MBA-dir. (Master of Business Administration- Biznesin İdarəolunması üzrə magistr).

Hazırda ixtisasından asılı olmayaraq, böyük və kiçik şirkətlər MBA dərəcəsinə çox böyük önəm verir. MBA proqramına ümumilikdə finans, mühasibat, marketinq, təşkilati münasibətlər, informasiya texnologiyası, e-biznes, ümumi biznes, kadrlar şöbəsi üzrə dərslər daxildir.

MBA proqramları ümumilikdə biznes sahəsini əhatə etsə də, son zamanlar elmi sahələri də öz əhatə dairəsinə almaqdadır. Məsələn, kadrlar şöbəsi və ya elektron ticarət kimi. Dünyada ümumilikdə mindən çox MBA sahəsində təhsil verən universitet və kollec var. MBA proqramı İngiltərədə 1 akademik il, Avstraliyada 1 və ya 2 il, Kanada və Amerikada isə 2 il davam edir. Lakin Kanada və Amerikada 1 il sürən proqramlar da mövcuddur. Avropa ölkələrində isə əsasən 1 il müddətində tamamlanır.

MBA analiz və qərar vermə qabiliyyətlərini inkişaf etdirilməsinə, istiqamətləndirmə və idarəetmə sahəsində mütəxəssislərin yetişdirilməsinə xidmət edir. Mükəmməl akademiyalardan və fərqli iş sahələrindən gələrək bir araya toplanmış tələbələrlə təcrübələrin bölüşərək dünya görüşlərinin artmasına şərait yaradır. Bir çox MBA tələbələri öyrəndiklərinin 50%-ini təcrübə bölüşdükləri tələbə yoldaşlarından qazandıqlarını söyləyirlər. MBA tələbələri əsasən müdir rəhbər vəzifələrdə çalışmağa can atan insanlardır. MBA bəzı böyük şirkətlərə işə düzəlmək üçün əsas şərtlərdən biridir və öz məzunları üçün yeni qapılar və fürsətlər açan bir proqramdır.

MBA sizin karyeranızda dərhal irəliləməyinizə yardım edə bilməsə də çox imkan və fürsətləri üzünüzə açacaqdır. MBA təhsili maaş artımına və karyerada irəliləməyə səbəb olur.

Əməkdaşlıq etdiyimiz reytinqli universitetlərdə MBA təhsili almaq istəyən tələbələr bizə müraciət edə bilər.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.