MBA təhsilini Londonda al!

Beynəlxalq təcrübə getdikcə daha çox dəyərli hal alırsa, niyə MBA təhsilinizi xaricdə almayasınız? 

 

Avropada MBA proqramları isə tələbələr tərəfindən daha cəlbedici hesab olunur. Londonda 2 illik MBA tədris proqramını 1 il və ya 18 ay ərzində yekunlaşdıra bilərsiniz. London Avropanın biznes şəhəri sayılır və burada təhsil Amerika ilə müqayisədə daha münasib başa gəlir. Beləcə, həm vaxt, həm pula qənaət etmiş olursunuz.

 

ABŞ şirkətləri sərhədləri aşaraq işləmək istəyən beynəlxalq təcrübəli gənclər axtarışındadırlar. Odur ki avropa təhsilli gənclər amerikan sahibkarlarının da maraq dairəsi çərçivəsindədirlər. Bu fikirlər MBA proqramları qəbul konsultantı Caroline Diarte Edwards-a məxsusdur.

 

Londonda MBA təhsili almaq istəyən tələbələr üçün London Business School ideal seçimdir. London Business School Çin, Avstraliya, Meksika və ABŞ da daxil olmaqla bir çox ölkədəki 30-dan çox universitetlə mübadilə kontraktları imzalayıb.

 

London Business School ABŞ-dan digər ölkələrə nisbətdə daha çox tələbə qəbul edir. 2017-ci il tələbə statistikasına görə, amerikalılar 431 nəfərlik tələbə heyətinin 16%-ni təşkil edirdi. 

 

MBA təhsilinin 2-ci yarısında hər tələbə Peru, İsrail, Çin, Cənubi Afrika və s. ölkələrdə Global Business Experience proqramı keçirlər. Həftə ərzində baş tutan proqramda workshop-lar, seminarlar, kiçik şirkət gəzintiləri, brifinqlər də daxildir.

2017-də, 80 MBA tələbəsi Cənubi Afrika kiçik biznes sahibkarları ilə çalışaraq, təcrübə qazanmışlar.

 

London Business School MBA proqramları ABŞ-ın 2 illik MBA proqramlarına oxşar keçirilir. İlk il accounting və marketing dərsləri, növbəti il ərzində isə sərbəst seçim əsasında müxtəlif dərslər keçirilir.

2 illik proqramların hər kəsə uyğun olmayacağını nəzərə alaraqdan MBA proqramları 15, 18, 21 ay ərzində tamamlanır.

Bütün tələbələr yay semesteri ərzində 3 seçim haqqına sahibdirlər.

Bu müddət ərzində onlar 1 ödənişli təcrübə proqramında iştirak edə bilə, biznes konsultasiya sahəsində təcrübə keçə və ya Entrepreneurship Summer School-da yeni biznes ideyaları üzərində işləyə bilərsiniz. International Exchange proqramlarında iştirak edən tələbələr proqram müddətini qısaltma şansına da sahibdirlər.

Başqa bir London Business School MBA proqramları özəlliyi isə, tələbələr 75 tələbə klubundan birində iştirak haqqı qazanmalarıdır. Bu klubları seçilmiş sahələr üzrə tələbələri hazırlaşdırır. Buraya daxil olan nümunə sahələr: finance, retail, luxury goods, technology, media və s. 

 

London Business School məzunları arasında dünyanın 150 ölkəsindən olan beynəlxalq tələbələr də var. Tanınmış sahibkarlar, ekonomistlər, professorlar London Business School-un məzunları sırasındadırlar. Məzunlar arasında Tata Qrupunun keçmiş sədri və icraçı direktoru Cyrus Pallonji Mistry, Lonely Planet və Justine Greening-in qurucusu, Təhsil üzrə Dövlət Katibi və İngilis İcmalar Evinin üzvü Tony Wheeler də var.

 

Qeyd edək ki, London Business School University of London-un bir hissəsidir.

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər