Milyonçu olmaq istəyirsinizsə, universiteti atmaq pis bir fikirdir!

Milyarder Peter Thiel, keçən ilin sonunda bir sıra təşəbbüskar gənclərə təhsilini yarıda qoymaq qarşılığında 100.000 dollar təklif etmişdi. Bu təklif kifayyət qədər cəlbedici görünsə də, "Leonard Stern Business" məktəbinin professoru, dünyanın 50 ən yaxşı biznes professorlarından biri olan Scott Galloway bunun dəhşətli bir fikir olduğunu irəli sürdü.

 

"Ortalığa bir milyarder çıxsa və universsiteti atmağınız üçün sizə 100.000 dollar təklif etsə, o adamın üzünə yumruq vurmaqdan çəkinməyin" deyir Galloway: "Fikrimcə, bakalavr və doktorantura derəcəsini başa vurmuş bir milyarderin insanları ali təhsildən imtina etməyə çağırması yolverilməzdir."

 

Scott Galloway bildirir:

"Son 20 ilin yeni milyonerlərinə baxsanız, onların böyük əksəriyyətinin iki ortaq xüsusiyyətləri vardır. Birincisi, onların hamısı məşq edir, hər gün idmanla məşğul olurlar. Fiziki hazırlıq özgüvənə təsir edən çox vacib bir amildir, hər gün güc və enerji toplamağa, həmçinin depressiyanın qarşısını almaqa kömək edir. Digər ortaq cəhəd nədir? Onlar hamısı ali məktəblərdə oxuyublar. Hesab edirəm ki, Stanfordda oxumuş, hüquq təhsili almış və sonda pul qazanmağın yollarını öyrənmiş bir milyarderin indi gənclərə universitetdən imtina etmək gərəkdiyini söyləməsi yalnışdır. Düşünürəm ki, bu ədalətsizlikdir. Belə ki, əgər Stiv Cobs və ya Bill Qeyts belə təklif etsələrdi, heç olmasa, bunun üçün mənəvi haqqları olardı, amma bu fikri bir universitet məzunu vurğulasa...

Professor elavə edir:

"Berkeley Kollecində bir fikir irəli sürdüm. Müəyyən bir maliyyə ayırdım. Və öz seçdiyim 10 savadlı gənc ilə, Thiel'in təklifini qəbul etmək istəyən tələbələr arasında müqayisə etməyi tələb etdim. Və sizi əmin edə bilərəm ki, seçdiyim tələbələr çox gözəl nailətlər əldə edəcəklər, çünki gələcəkdə məzun olacaq savadlı kadrlardır. Lakin, Berkeley Kolleci təklifimi rədd etdi. Sirr deyil ki, dünyada hər zaman Jay-Z, Kobe Bryant, Mark Zuckerberg'lər olacaqdır – yəni kolleci tərk edib, uğur qazanan insanlar. Lakin, unutmayaq ki, şans hər zaman üzümüzə gülməyə bilər. Bu səbəbdən təhsil almaq, özümüzü hər yeni gün daha da inkişaf etdirmək uğurun tək açarıdır!"

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.