Mühəndislik, bizi əhatə edən hərşeydə biraz var

Mühəndislik olmadan bir cəmiyyət inkişaf edə bilməz. Bizim asılı olduğumuz hərşeyin arxasında mühəndislik dayanır :

  • Maşınlar
  • Yollar
  • Müxtəlik tikililər
  • Mobil telefonlar
  • Enerji sistemləri

Bu siyahını daha da artırmaq olar.

Mühəndislik çox geniş bir anlayışdır. Düzgün mühəndislik sahəsini və ən əsası hansı universitetdə təhsil alacağını seçmək çox çətin və vacib bir məsələdir.

Böyük Britaniyada mühəndislik oxumaq bu peşəyə dərindən yiyələnmək üçün atılan ilk addımdır.Burada dünya üzrə yüksək reytinqli mühəndislik universitetləri yerləşir. Demək olar ki,bütün bu universitetlər mühəndislik professional orqanları tərəfindən akreditə olunub.

Nə üçün məhz İngiltərə? 

Təhsil səviyyəsi və akademik ingilis dilini məhz bu dilin vətənində öyrənmək onların gələcəkləri üçün çox önəmlidir. Universitet heyyəti beynəlxalq tələbələrə çox böyük qayğı göstərir və onların burada olduqları müddəti sərfəli dəyərləndirməkləri üçün əllərindən gələni əsirgəmirlər. Bura sizin kariyeranızın başlaması üçün ideal bir yerdir. Siz doğurdanda bu sahə üzrə yenilikçi bir kadr olmaq istəyirsinizsə UK sizin üçün əvəzolunmaz bir şansdır.

Mühəndislik bir şaxələrə ayrılır.

 

  • Chemical Engineering ( Kimya mühəndisliyi )
  • Civil Engineering ( İnşaat mühəndisliyi )
  • Electrical Engineering ( elektrik mühəndisliyi )
  • Mechanical Engineering (mexaniki mühəndislik )
  • General Engineering ( ümumi mühəndislik )

 

Böyük Britaniya üzrə TOP 10-luqda yer alan universitetlərdə təhsil alaraq özünüzü daha da inkişaf etdirə bilərsiniz.

Dünyaca tanınmış şirkətlər bu universitetlərlə əməkdaşlıq edirlər. Onlar bu ixtisaslaşmış kadrları işlə təmin etməkdən məmnuniyyət duyurlar.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.