Niagara College Toronto'dan $ 2,000 CAD məbləğində SCHOLARSHIP

Niagara College Canada və Toronto School of Management, Niagara Kollecinin ən çox axtarılan proqramlarını Toronto, Ontario'dakı tələbələrə, eləcə də beynəlxalq tələbələrə daha mükəmməl şəkildə tədris etmək üçün bir ortaqlığa imza atdılar. Nəticədə yüksək təhsil standartları ilə seçilən Niagara College Toronto fəaliyyətə başladı. Toronto, Niagara Bölgəsi kimi turizm və ticarət mərkəzidir. Müxtəlifliyi ilə tanınan Kanadanın ən böyük və qarışıq mədəniyyətli şəhərlərindən biridir. Bu ortaqlıq sayəsində tələbələr Kanadanın ən böyük iki bölgəsində inanılmaz iş imkanlarından da istifadə edə bilərlər.

 

Niagara College Toronto əla dil bilikləri olan tələbələr üçün $2,000 CAD məbləğində SCHOLARSHIP təqdim edir.

 

Yüksək nəticə göstərən tələbələrin minimum IELTS balı 7.0 və fərdi qrupların isə 6.5-dən az olmamalıdır. IELTS imtahan nəticəsi olmayan tələbələr isə bu endirim üçün ingilis dili bilik səviyyəsini göstərən alternativ üsullar təqdim edə bilərlər. Tələbənin ortalama qiyməti yüzdə 80-nin üzərində olarsa birinci semestrdə 1000 $, ikinci semestrdə isə əlavə olaraq 1000 $ əldə edəcəkdir. Bu SCHOLARSHIP yalnız 2021-ci ilin sentyabrında və 2022-ci ilin yanvarında qeydiyyatdan keçən tələbələr üçün keçərlidir.

 

Proqramlar

  • Business - General
  • Hospitality and Tourism Management
  • Human Resources Management
  • International Business Management 

 

Niagara College Toronto, Kanadada təhsil sahəsində lider olmaq üçün hər gün daha çox yeniliklərə imza atır. Hər il 100-dən çox ölkədən 4000-ə yaxın beynəlxalq tələbə daxil olmaqla 11.000-dən çox tam zamanlı tələbə ən müasir texnoloji şəraitdə təhsil alır.

 

 

Niagara College Toronto və Scholarship'ə müraciət qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün konsultantlarımıza müraciət edə bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər