Pacino Day!

Bu yaddaqalan gün həqiqətən bir ad qazandı - "Pacino Day"! 2015-ci ilin Dekabr ayında New York Film Academy böyük aktyor Al Paçino və qızı, keçmiş NYFA tələbəsi Culi Paçino'nu qonaq etdi.

 

Yeni erotik "The Humbling" komediyasının nümayişindən sonra (rejissor Barri Levinson) Al Paçino NYFA Los-Ancelesdəki kampusunun tələbələri qarşısında nitqlə çıxış etmişdi. Skype vasitəsi ilə tədbir, hətta Avstraliyada yerləşən NYFA Gold Cost və Sidney kampuslarının tələbələri tərəfindən də izlənilmişdi. Əfsanəvi Al Paçino sadəcə "Oskar", "Emmi" və "Toni" mükafatlarının sahibi deyil. Maykl Korleone kimi "The Godfather" və ya "Dog Day Afternoon" filmində Sonni kimi rollar tamaşaçını aktyor və rejissor karyerasın seçməyə ruhlandırıb. Şübhəsiz ki, Al Paçinonun iştirakı ilə keçirilən sual-cavab axşamı tədbirin bütün iştirakçıları üçün unudulmaz olmuşdu.

Həmin gün NYFA kampusunda Culi Paçinonun prodüseri olduğu "Billi Beyts" filminin nümayişi də baş tutdu.

 

Qeyd etmək lazımdır ki, Al Pachino və qızı tələbələrlə və müəllimlərlə sadə ünsiyyət qurmaqla və verilən sualları məmnuniyyətlə cavablandırmaqla bir daha təsdiq etmişlər ki, başqalarına hörmətlə yanaşmaq uğura aparan yolun ayrılmaz bir hissəsidir.

Görüşü tam izləmək üçün aşağıda qeyd olunan VİDEO hissəsindən keçid ala bilərsiniz.

VİDEO - Discussion with Oscar Winning Actor Al Pacino at New York Film Academy

New York Film Academy tələbəsi olmaq və dünyann ən məşhur və uğurlu aktyorlarları ilə eyni zalı paylaşmaq artıq əlçatmaz bir arzu deyil! Azeri Student komandasının peşəkarları sizə bu yolda ən operativ və keyfiyyətli xidməti göstərməyə hər zaman hazırdırlar. Görüş təyin etməniz və ya əlaqə saxlamanız kifayyətdir.

 

Ünvanlar:
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776

 

 

 

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.