Qəbulu çətin olan 20 Britaniya Universiteti

Tələbələr çətinliklə qəbul olunduqları universitetlərdən daha çox razı qalırlarmı? The Complete University Guide’s 2016 cədvəlinə əsasən, bu belə deyil.

Həmin cədvəldə üçüncü ən yaxşı universitet kimi yer almış London İqtisadiyyat Məktəbi (London School of Economics) dördüncü ən yüksək qəbul balına – 532 bala malikdir. Lakin belə yüksək qiymətləndirilməsinə baxmayaraq, London İqtisadiyyat Məktəbinin tələbələri o qədər də xoşbəxt deyillər. Tələbələr arasında keçirilmiş və tədrisin keyfiyyətinə əsaslanmış sorğuya əsasən, bu universitet 5 baldan 3,95 bal toplayaraq, siyahının 20 ən pisindən biri olmuşdur. Eyni vəziyyət University College London-da da mövcuddur. Bu kollec The Complete University Guide’s 2016 cədvəlinə əsasən 13-cü yerdədir və qəbul standartlarına görə 7-ci yerdədir, lakin tələbələrin məmnunluq göstəricisinə görə isə sadəcə olaraq, 3,96 bal toplaya bilmişdir.

Lakin, qəbul şərtləri daha asan olan bəzi universitetlərdə tələbələrin tədrisdən razılıq dərəcəsi dəfələrlə yüksəkdir. The University of Surrey göstəricilərə əsasən, 424 UCAS qəbul balına sahib olsa da, tələbələr onu məmnunluq dərəcəsinə görə 5 baldan 4,24 kimi qiymətləndiriblər. Bu halda The University of Surrey, the University of Bath-la birgə, 4-cü yeri bölüşürlər.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.