Səyahət sevənlər üçün TOP 5 peşə!

Səyahət etməyi çoxları sevir, lakin onu gündəlik rutinə çevirmək hər kəsdə alınmır. Sən də dünyanı kəşf et və ona uyğun pəşədə çalış! Gəlin sizi səhayət həvəskarları üçün TOP 5 ən ideal pəşə ilə tanış edək!

Turizm firmasının meneceri

Sözügedən peşə sahibin əsas işi ofis daxilində müştərilərlə kontaktdan ibarət olur. Lakin peşəkar turagent mütləq şəkildə kurortlara, mehmanxanalara, turizm komplekslərinə baş çəkir, və məhs bunları daha sonra öz müştərilərinə təklif edir. Turist səyahətindən tam fərqli olduğu üçün, bu tip iş səfərlərinə hər zaman hazır olmaq lazımdır.

 

Beynəlxalq jurnalist

Bu gün beynəlxalq və xarici xəbərlərlə məşğul olan agentliklərin və nəşrlərin əməkdaşları tez-tez ofis daxili və ya evdən işləyirlər. Lakin belə mütəxəssislərə olan tələblər yüksəkdir: onlar xarici dilləri yaxşı bilməli, işlədikləri ölkələrin mədəniyyətinin, iqtisadiyyatının və sosial həyatının bütün özəlliklerindən xəbərdar olmalıdılar.

 

Stüard / stüardessa

Stüard və ya bort bələdçisi- reysin yerinə yetirilməsi zamanı sərnişinə xidmət göstərən, onların rahatlığına və təhlükəsizliyinə qayğı göstərən, enmə və düşmə qaydasını müşahidə edən, ilk tibbi yardım göstərən, gözlənilməz hallar baş verdikdə hərəkətlərin koordinatoru qismində çıxış edən aviasiya şirkətinin əməkdaşıdır.

Stüardessalar həqiqətən çox səyahət edirlər, lakın eyni zamanda onların işi kifayət qədər ağır fiziki və psixoloji yüklənmələrlə bağlıdır.

 

Pilot

İş çərçivəsində təyyarədə çox səyahət etməyin diqər yolu- pilot pəşəsini seçməkdir. Uçuş məktəbinə daxil olmaq, onu bitirmək və ixtisasın üzrə işlə təmin olunmaq üçün sağlam bədən və liderlik bacarıqlarına sahib olmalısan. Aviatorlar üçün, orta və ali təhsil müəssisələrinə qəbul şərtləri olduqca yüksəkdir, lakin bu tamamilə əsaslıdır: pilotun peşəkarığından onlarla, hətta yüzlərlə həyat asılıdır.

Pilot hər zaman öz sağlamlığınə qorumalıdır, xüsusilə də uçuş ərəfəsində. O, spirtli içkilər, yuxu və yorğunluq gətirən maddələrin qəbulu yolverilməzdir.

 

Geoloq

Belə bir mütəxəssis dağ süxurlarının quruluşu və tərkibinin öyrənilməsi ilə məşğul olur. Onun əsas vəzifəsi- faydalı qazıntıların ola biləcəyi yerləri tapmaq və kəşf etməkdir. Sözügedən pəşəni səçən yalnız səyahətlərə yox, həm də coğrafiyaya, fizikaya, hətta tarixə maraq göstərməlidir. Səyahətlər dedikdə, düşündüyünüz Avropa paytaxtlarına səfərlər deyil, ən müxtəlif yerlərə, çox vaxt isə sivilizasiyadan kənar qalmış yerlərə ziyarətdir. Bunlar meşə, yüksək dağlıq, bataqlıq sahələri ola bilər.

Geoloqlar daha çox çadır və ya treylerlərdə yaşayırlar, və müəyyən ərazidə iş başa çatmayana qədər bu vəziyyət bir neçə həftə davam edir. Buna görə də, təbiətin sonsuz gözəlliyi qarşılığında siz hər an məhdud məişət şəraitinə hazır olmalısınız. Bununla yanaşı, geoloq peşəsi böyük ictimai əhəmiyyət daşıyır, çünki ölkənin iqtisadi gücü faydalı qazıntıların mövcudluğundan asılıdır.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.