STEP IT ACADEMY

Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayan STEP IT ACADEMY artıq yeni dost partnyorlarımızdandır. 22 ildən çoxdur ki, 21-dən çox ölkədə fəaliyyət göstərən şirkət profil üzrə dərin biliklərdən əlavə, məsələləri başa düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi tələbələrə öyrədir.

STEP IT Academy öz məzunlarının işə düzəlmələri üçün hər bir şəraiti yaradır. Bunun üçün hər il proqramlarını təkmilləşdirir, ən yaxşı müəllimləri cəlb edərək, düzgün mühiti qoruyub saxlayır.

STEP IT Academy’ni bitirdikdən sonra siz xaricdə təhsil arzularınıza daha da yaxın olacaqsınız. Belə ki, bu akademiyanın məzunları IT sahəsi üzrə istənilən xarici universitetə rahatlıqla qəbul olma şansı əldə edirlər. Məzunlar öz startaplarını yaradıb akademiyanı sahibkar kimi tərk etdikləri üçün xarici universitetlərdə daha çox diqqəti cəlb edirlər.

Ümumilikdə IT sahəsi, tələbələr üçün yeni imkanlar açan, getdikcə daha çox trendə çevrilən bir sahədir. AZERİ STUDENT və partnyorumuz STEP IT Academy bu sahə üzrə hər bir tələbənin yanında olaraq, onların gələcək inkişaflarını yaxından dəstəkləyir. Siz də tələbələrimiz sırasına qatılaraq IT sahəsinin lideri olmaq istəyirsinizsə, biz dostlarımızla birlikdə hər zaman yanınızdayıq.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər