TOP 10 London universitetləri hansılardır?

Dünya universitetlərinin reytinq sıralamasında ön sıralarda gələn böyük bir hissəsi Böyük Britaniya universitetlərinin payına düşür. Təsadüfi deyil ki, buraya dünyanın dörd bir yanından beynəlxalq tələbələr təhsil üçün gəlir. London Sizin xəyalınızdırsa, sizə ‘QS World University Rankings’ istinadən bu şəhərin ən yaxşı universitetlərindən bəhs edəcəyik. ⁠

  • Imperial College London (dünya üzrə 8-ci sırada qərarlaşıb) Londonun ən yaxşı universiteti sayılır. Universitet mühəndislik proqramları, biznes məktəbi və tibb fakültələri ilə məşhurdur. Burada dünyanın 125 ölkəsindən 17000 tələbə təhsil alır, böyük bir qisim beynəlxalq tələbələrdən ibarətdir.
  • University College London (UCL) (dünya üzrə 10-cu sırada qərarlaşıb) - Londonun ikinci ən yaxşı universiteti sayılır, tələbələrin 48%-ni beynəlxalq tələbələr təşkil edir. Universitet bakalavr, magistr və doktorantura da daxil olmaqla geniş proqram seçimi təklif edir. 1878-ci ildə İngiltərədə qadın və kişi tələbələri bərabər şərtlərlə universitetə qəbul edən ilk universitet olmuşdur. Hazırda tələbələrin 58%-ni qadınlar təşkil edir.
  • King's College London (dünya üzrə 31-ci sırada qərarlaşıb) ən böyük və ən qədim universitetlərdən biridir. Statistikalara görə İngiltərərnin ən qədim 4-cü universitetidir. Humanitar, təbiət və hüquq elmləri əsas nüfuzlu tədris sahələridir. Burada 31000-dən çox tələbə təhsil alır ki, bunların 9000-i 150 ölkədən olan beynəlxalq tələbələrdir.
  • London School of Economics and Political Science (LSE) - (dünya üzrə 49-cu sırada qərarlaşıb) sosial elmlərdə ixtisaslaşmış bir universitetdir. Antropologiya, politologiya, sosiologiya və hüquq sahələrində lider universitet sayılır. Sosial elmlərə görə Avropa və Böyük Britaniya universitetləri arasında #1-ci yerdə, sosial elmlər və idarəetmə ixtisaslarına görə isə dünya üzrə #2-ci yerdədir.
  • Queen Mary, University of London (dünya üzrə 114-cü sırada qərarlaşıb) - Londonun TOP beş universitetləri arasında qərarlaşan QMUL tibb və stomatologiya da daxil olmaqla bir çox proqram təklif edir. Burada 28000-dən çox tələbə təhsil alır. 160 fərqli mədəniyyətin birləşdirdiyi tələbə cəmiyyətinin 11%-i Avropa ölkələrinin, 37%-i isə digər ərazilərin payına düşür.
  • Royal Holloway, University of London (dünya üzrə 308-ci sırada qərarlaşıb), 10500-dən çox tələbəsi olan böyük universitetdir. Kampusu Britaniyanın ən gözəl kampuslarından biri kimi sayılır. Royal Holloway, University of London National Student Survey (NSS) 2020-ə əsasən 87% tələbə məmnuniyyəti qazanmışdır. ⁠Toplam olaraq 11,077 tələ bəyə sahibdir ki, bunun 1,527-si Avropadan kənar ölkələrdən olan beynəlxalq tələbələrdir.
  • Birkbeck College, University of London (dünya üzrə 344-cü sırada qərarlaşıb ), gündüz təhsilinin bütün imtiyazları ilə tam axşam proqramları təqdim edən yeganə reytinqli universitetdir. ⁠Burada axşam təhsili də təklif olunur. Birkbeck College, University of London axşam proqramlarının gündüz təhsilinin bütün üstün cəhətləri ilə birgə tədris olunduğu yeganə dünya reytinqli universitetdir.
  • School of Oriental and African Studies (SOAS) (dünya üzrə 346-cı sırada qərarlaşıb) - 1916-cı ildə qurulmuş, hazırda 350-dən çox bakalavr və 115 magistratura proqramı təklif edir. Burada dünyanın 130 ölkəsindən cəlb olunmuş müxtəlif mədəniyyətli beynəlxalq tələbə təhsil alır.
  • City, University of London (dünya üzrə 350-ci sırada qərarlaşıb) - Biznes, hüquq və tibb bölmələri ilə tanınan Londonun TOP 10 universitetlərindən biridir. City, University of London dünyanın 150 ölkəsindən tələbəyə qucaq açmışdır.
  • Brunel University (dünya üzrə 368-ci sırada qərarlaşıb) - 13.890 civarı tələbəyə sahib universitet biznes, mühəndislik, dizayn, incəsənət, hüquq bölmələri ilə tanınan universitetdir.⁠Avropa ölkələrindən başqa çin, ərəb, Asia xalqlarından olan tələbələr də burada təhsil alır.


 

Londonda, bu universitetlərdən birində təhsil almaq istəyirsən? Elə indi arzuların üçün hərəkətə keç! Xəyallarına mütəxəssislərimizin yardımı ilə rahat şəkildə qovuş!

 

 

Ünvanlarımız:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: 050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər