Üçqat Oxford məzunu!

Nobel mükafatı laureatı Malala Yusufzay Oksford təhsilini tamamladıqdan sonra, öz sevinc və minnətdarlıq hisslərini paylaşdı

22 yaşlı gənc, Twitter paylaşımında qeyd edir: Hal hazırda mənim sevinc və minnətdarlığımı ifadə etmək çətindir. Oxford’da fəlsəfə, siyasət və iqtisadiyyat dərəcəmi bitirdim. Məni irəlidə nələr gözləyir bilmirəm. Artıq məni Netflix, kitablar və yuxu gözləyir.”.

 

Yusufzay 2012-ci ildə Pakistanda “Qızlar təhsil almalıdır” şüarlı mitinqdən sonra Taliban (terrorçu) ona hücum edərək başından yaraladı.

 

Bu hadisədən sonra, Malala, Peşavar şəhərinin hərbi hospitalına kritik vəziyyətdə çatdırılır, həyatda qalmaq şansı çox az idi.

 

2014-cü il, ağır faciyə sonrası Malala, “Nobel Sülh” mükafatının ən gənc laureatı adını qazanır.

 

“Təbriklər!” şərhi ilə Malalanı dəstəkləyən Filip Pulmanla yanaşı (keçmiş Oxford tələbəsi), minlərlə insan Twitter-də Yusifzayı təbrik etdi.

 

İki İngilitərə master təhsili almış, NASA astronavtı Enn Makkleyn də öz növbəsində, gənci təbrik etdi:  “Malala, universiteti başa vurman münasibətilə səni təbrik edirəm! Bir çoxları üçün ali təhsil böyük nailiyyətlərin başlanğıcıdır. Əminəm ki, bundan öncə də, qazandığınız qələbələr az olmayıb, lakin bu mərhələdən sonra sizi yalnız və yalnız böyük uğurlar gözləyir! Dünya yeni bir dahi daha qazandı!”

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.