Uğurlu imtahan nəticələrinin sirri açıqlandı!

ABŞ Milli Elm Fondunun, Baylor Universitetinin tədqiqatçıları ilə birgə araşdırması zamanı şagirdlərin hansı musiqi sədaları altında imtahanda ən yüksək nəticələr göstərə biləcəkləri hesablanmışdır.

Alimlər 100-ə yaxın 18-33 yaşlı universitet tələbələri üzərində müşahidələr aparib. Əvvəlcə, onlayn mühazirə zamanı fon musiqisi olaraq Bethovenin "Moonlight Sonata" əsəri, sonra isə Vivaldinin "Four seasons" əsərindən "Spring" parçası və Şopenin "Noktyurn mi-bemol major" əsəri səsləndirilib. Daha sonra, gecə saatlarında, Baylor Universitetinin yuxu laboratoriyasında tədqiqatçılar kompüter və elektrodlar vasitəsilə könüllülərin yuxu rejiminə nəzarət ediblər. "Biz cazı istisna etdik, çünki o, qeyri-sabit səslənir və çox güman ki, çoxlarını oyada bilərdi. Sözlü pop musiqisini istifadə etmədik, çünki bu, məlumatların öyrənilməsinə maneə törədir. Eyni anda beynin həm məlumatı qavraması, həm də musiqi sözlərini dinləməsi ağır prosesdir. Bununla bərabər, biz təbiət səslərindən də imtina etdik. Çünki, təbiət səslərini inkar etmək çox asandır" - fəlsəfə doktoru Maykl K. Scallin bildirib.

 

Nəticə: vals və sonata dinləyən tələbələrin növbəti gün sərgilədikləri imtahan nəticələrində 18% artım müşahidə olundu! Digərlərinin nəticələri isə eyni qaldı, yaxud da daha aşağı oldu.

 

Həyata keçirilən təcrübənin mahiyyəti növbəti faktı sübut etməkdən ibarət idi: mühazirələr zamanı səsləndirilən və yuxu boyunca təkrar olunan klassik əsərlər hər hansı materialı daha yaxşı xatırlamağa kömək edir, çünki beyin hər ikisi arasında ümumi bir əlaqə yaradır.
 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.