University of Southampton ilə gələcəyin qurucusu sən ol!

1862-ci ildə qurulan University of Southampton - Britaniyanın elit universitetlərindən təşkil olunmuş Russell Qrupunun qurucu üzvüdür. Son 60 ilini dünyanı dəyişdirməyə səy göstərən universitet interneti idarə edən texnologiyaların doğulduğu yerdən xərçəng, alzheimer və astma kimi xəstəliklərin müalicəsindəki tibbi nailiyyətlərinə qədər bir çox yeniliklərə imza atmışdır.

Dünyanın ilk 100 universiteti arasında yer alan Southampton, qabaqcıl tədqiqatlarda çalışan, kompüter elmi, okeanologiya, davamlı enerji, mühəndislik kimi müxtəlif sahələrdə qlobal cəmiyyətlərə müsbət təsir göstərərək irəliyə baxan bir universitet olmağa davam edir. Böyük Britaniya universitetləri arasında TOP 20-də yer alan University of Southampton tələbələrinin 18.30%-ni beynəlxalq tələbələr təşkil edir.

Universitet tədqiqat intensivliyi ilə tanınır və İngiltərədəki ən son Araşdırma Mükəmməlliyi Çərçivəsində bütün fənlər arasında ən yüksək reytinqi (5 *) alan yeganə Mühəndislik fakültəsinə malikdir. Southampton İngiltərənin Mühəndislik üzrə aparıcı universiteti kimi göstərilir.

 

Aşağıdakı sahələr üzrə davamlı scholarship təklifləri mövcuddur.

Postgraduate Research Scholarships

Postgraduate funding in your subject area

International partnerships scholarships

Southampton International Merit Scholarships

 

Universitet öz dərəcələri və kursları ilə gələcək liderlər üçün vacib olan tənqidi düşüncə və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirməyə imkan verir. Buradakı müəllimlər öz sahələrində liderdirlər və dünyanı dəyişdirən araşdırmalar haqqında məlumat əldə etmək şansı təqdim edir.

 

Bəs siz necə, təhsilinizi belə mükəmməl imkanlara sahib universitetdə davam etdirmək istərdinizmi? Əgər cavabınız müsbətdirsə komandamız sizə hər bir prosesdə kömək etməyə hazırdır!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər