Vogue İtalia-dan 14 təqaüd imkanı!

Istituto Marangoni 1935-ci ildən bəri moda, dizayn və incəsənət sahələrində keyfiyyətli təhsil təklif edən qabaqcıl müəssisələrdən biridir. Moda dünyasında yenilikçi trendlər dedikdə ağla gələn Vogue Italia və Marangoninin birgə əməkdaşlığı çərçivəsində ‘House of Istituto Marangoni’ adlı dijital platforma fəaliyyətə başlayacaq. Bu layihə həm də Marangoninin 85-ci il dönümünün bir növ təntənəsidir (bayramıdır).

Milano Moda Həftəsi zamanı istifadəyə veriləcək olan bu platforma Moda Dizaynı, Moda Biznesi və Staylinq tələbələrinə öz kolleksiyalarını nümayiş etdirmək şansı verəcək.

 

28 sentyabrda keçirilməsi planlanan  platforma üçün mətbuata və seçilmiş auditoriyaya özəl tanıtımın ardından, platformanın hamı üçün açıq olacağı və növbəti aylarda yeni məzmunlar, virtual danışıqlar və interaktiv tədbirlər ilə daim yenilənəcəyi nəzərdə tutulmuşdur.

 

Əlavə olaraq Marangoni tələbələri portfoliolarının və CV-lərinin Vogue Italia tərəfindən seçilmiş mütəxəssislər tərəfindən incələnmə şansı qazanacaqlar.

 

Platformada Enhancing The Future proyektində iştirak etmiş - Giambattista Valli, Ibraihm Kamara, Tom Dixon, Sølve Sundsbø kimi bir sıra dünyaca məşhur dizaynerlər və yaradıcı şəxsiyyətlərlə ekskluziv reportajlar da yer alacaq. 

 

‘House of Istituto Marangoni’ dəb nümayişləri və digər dəb tədbirləri ilə bağlı yeni məlumatları özündə əks etdirəcək. Belə ki, oktyabr ayında Milan dəb məktəbi ilə 2019/2020- ci ilin ən yaxşı dəb dizaynerlərinin dəfiləsi, ardından Firenze dəb məktəbinin dəfiləsi və Milan Dizayn Məktəbinin dəfiləsi baş tutacaq.

 

27 oktyabrda Shezhen Moda Həftəsi zamanı, Shenzhen Moda Məktəbi ən yaxşı məhsullarını sərgiləyəcək, həmən ardından isə Paris Moda Məktəbi tələbələrin orijinal hazırlıq periodunu kino olaraq hazırlayıb, nümayiş etdirəcək.

 

İstituto Marangoni, beynəlxalq gənc istedadların yetişdiricisi olaraq dijital platformanın işə salınması ilə birlikdə davamlılığa fokuslanmış bir layihə hazırlamaq üçün moda, incəsənət və dizayna həvəsi və yaradıcı beyni olan bütün gənclərin qatılacağı bir yarışma təşkil edəcək və iştirakçılardan biri 14 təqaüd şansından 1-ini qazanma şansı əldə edəcək.

 

Ən qısa zamanda qəbul almaq üçün, sənədlərinizi bizə göndərməyə tələsin! Ətraflı məlumat üçün əlaqə saxlayın.
Ünvanlar:
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.