Xarici dillər öyrənmək üçün ən yaxşı ölkələr

Ölkə hüdudlarından kənarda xarici dil öyrənmək - bu dil daşıyıcılarından dili öyrənməyin və yeni bir mədəniyyəti tanımağın ən yaxşı yoludur. Əlavə olaraq, bu yeni bir səyahətə çıxmaq və xaricdə faydalı vaxt keçirmək üçün əla bir fürsətdir!

Ən populyar xarici dilləri harda öyrənmək olar? 

Aşağıda oxuyun!

 

İngilis dili

İngilis dili dünyada ən çox öyrənilən dildir. Əgər siz İngilis dilini öyrənirsinizsə, önünüzə xaricdə ən geniş seçimli dil məktəblərinin və proqramlarının qapıları açılır. İngilis dilini nəinki yalnız ingilis dilli ölkələrdə, həmçinin, demək olar ki dünyanın hər bir yerində öyrənmək olar.

Biznesin, elmin, iqtisadiyyatın və diplomatiyanın dili olaraq ingilis dili xaricdə ali təhsil almaq istəyən hər kəsə lazımdır, çünki top xarici universitetlərin tədris dili ingilis dilidir!

Böyük Britaniya

Böyük Britaniya hər kəsə məlum olduğu kimi, ingilis dilini öyrənmək üçün ən populyar ölkə olaraq qalır. Dünyanın ən yaxşı müəllimləri və ən görkəmli dil məktəbləri burada yerləşir, həmçinin həm özəl təhsil müəssisələrində, həm də dünyanın məşhur universitetlərində ingilis dili kursları təklif olunur.

Amerika

ABŞ-da ingilis dilini öyrənmək Amerika mədəniyyətini və amerikan ingilis dilini öyrənməyə həvəsli olanlar üçün idealdır. Burada şagirdlər ölkənin hər yerində - günəşli Mayamidən tutmuş qarla örtülmüş Alyaskaya qədər, geniş dil məktəbləri və mərkəzlərindən yararlana bilərlər.

 

İspan dili

Ümumilikdə, dünyada 410 milyondan çox insan ispan dilində danışır, dünyada ikinci ən çox danışılan dil məhz ispan dili sayılır. İspan dili 20 ölkədə rəsmi dildir. Yalnız Amerika Birləşmiş Ştatlarında 37 milyondan çox insan ispan dilində danışır.

İspaniya

İspaniya, şübhəsiz ki, İspan dilini öyrənmək üçün ən populyar seçimdir. Burada ispan dilini, mədəniyyətini, mətbəxini öyrənmə imkanı qazanırsız. Yerli əhalinin qonaqpərvərliyi sizi bu ölkəyə aşiq edəcək və kifayət qədər yaxşı səviyyədə ispan dilini bildiyiniz zaman yenidən buraya qayıtmaq istiyəcəksiniz.

Kosta Rika

Kiçik Kosta Rika, Latın Amerikasında yaşamaq üçün ən təhlükəsiz və ən rahat ölkələrdən biridir. Bir çox əcnəbi buraya ispan dilini öyrənmək üçün gəlir, çünki Kosta Rika əlverişli təhsil haqqı olan çox gözəl və mehriban bir ölkədir.

 

Fransız dili

Fransız dili sevgi, ədəbiyyat və musiqinin dilidir. Ayrıca, Fransızca bütün dünyada danışılır, buna görə də bu dil çox populyardır. Fransız dilini bilmək yalnız fransız dilindəki roman və şeirlərin əsl versiyasını oxuyaraq həzz almağınıza imkan vermir, həm də peşəkar perspektivlərinizi xeyli yaxşılaşdırmağa və Avropanın ən yaxşılarından sayılan fransız universitetlərində təhsil almağa şərait yaradır.

Fransa

Digər dillərdə olduğu kimi, Fransız dilini öyrənmək üçün, ilk növbədə, Fransanın özünün dil məktəblərinə diqqət yetirməyi məsləhət görürük. Fransızların vətənində ən yaxşı dil təhsili və təcrübəsini ala bilməklə yanaşı fransız mədəniyyəti ilə də tanış ola bilərsiniz. Məktəblər ölkənin hər yerində yerləşir və burada yalnız dil daşıyıcıları təlim verir.

Kanada

Kanada fransız dilini öyrənmək üçün daha bir maraqlı yerdir, çünki ingilis dili ilə yanaşı, fransız dili ölkədə dövlət dilidir. Kanada yüksək təhsil səviyyəsi, təhsil prosesinə beynəlxalq və müasir yanaşması ilə tanınır.

 

Bəs siz hansı dili səlis öyrənmək istərdiniz? Dünyanın ən yaxşı dil məktəblərində təhsil mövzusunda seçim isə bizdən sizə hədiyyə olacaq! Gəlin, gələcəyinizi birlikdə dizayn edək! Konsultasiya üçün görüş təyin bilərsiniz.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər