Yeni ABŞ partnyorumuz!

Dostlar, sizi yeni universitet partnyorumuz University of Tennessee ilə tanış etmək istəyirik.

 

Qədim tarixi köklərə malik ABŞ universitetlərindən biri olan bu təhsil ocağı fərqli təhsil sistemi ilə seçilir. 1794-cü ildən bəri fəaliyyət göstərən University of Tennessee, çox yüksək tədqiqat fəaliyyətinə malik ABŞ universitetlərindən biridir. UT Knoxville 50 əyalətdən və 100-dən çox xarici ölkədən 30.000-dən çox tələbəni qəbul edir.

 

UT Space Institute'nu da əhatə edən UT Knoxville, vətəndaşlarına təhsil vermək, mədəniyyətini yüksəltmək, araşdırma və xidmət yolu ilə insanların həyatında dəyişiklik etməklə dövlətə xidmət etməyə davam edir. Bakalavr və magistr təhsili, araşdırma, müəllim və işçi heyətinə dəstəyi, kampus infrastrukturları və mənbələri ilə universitet hər keçən gün bir az daha inkişaf edir.

 

Ölkədaxili reytinqlərə əsasən, tədqiqat universitetləri arasında TOP 7’də yer alır. UT, ən yaxşı kolleclər siyahısında dövlət məktəbləri arasında 48-ci yerdədir.

 

University of Tennessee əsas vəzifəsi insan biliklərinin sərhədlərini aşmaq və Tennessee əyalətinin, millətin və dünya vətəndaşlarının təhsilini zənginləşdirmək və yüksəltməkdir.

 

Universitet nəzdindəki kolleclər:

  • Herbert College of Agriculture
  • Architecture and Design
  • Arts and Sciences
  • Haslam College of Business
  • Communication and Information
  • Education, Health, and Human Sciences
  • Tickle College of Engineering
  • Law
  • Nursing
  • Social Work
  • Veterinary Medicine (graduate only)

 

Universitetin məzunları arasında 10 ABŞ astronatı, 2 nobel mükafatı laureatı, 8 pulitzer mükafatı laureatı, 10 böyük qlobal şirkətin rəhbəri, 75-dən çox siyasi məmur yer alır.

 

Siz də bu məzunlar arasında yer alaraq gələcək hədəflərinizə University of Tennessee ilə çatın. Maneələrdən qorxmadan elə bu gündən karyeranız üçün ilk addımı atın.

 

Universitet haqqında daha çox məlumat əldə etmək və ən qısa zamanda təcrübə proqramlarına qoşulmaq üçün vaxt itirmədən müraciət edin.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 76 / 050 512 28 28

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər