Yüklənir...

shape shape shape shape

Niderlandda universitet və təhsil sistemi

Niderlandda universitet və təhsil sistemi

Niderland (və ya Hollandiya) Avropada Bakalavr/Magistr sistemini tətbiq edən və ingiliiscə bakalavr proqramları təqdim edən ilk ölkə oldu. O vaxtdan bəri 70 ali təhsil müəssisəsi Bakalavr və Magistr dərəcələri təklif edir.

Niderland Avropa Birliyinin hər yerindən tələbələri cəlb edir. Əslində 2021-də bura gələn tələbələrin 40%-i beynəlxalq tələbələr olub. Niderland təhsil yönümlü olduğu üçün bir çox universitet xüsusilə də böyük şəhərlərdə ingiliscə kursları təqdim edir. Amma rəsmi dil niderland dili olduğu üçün çox proqram ya niderland dilini öyrədir, ya da məzunların niderland dilini bilməsini tələb edir. Hər universitet öz tarixlərini təyin etsə də, universitetlərdə tədris müddəti adətən bir sistemə əməl edir - birinci semestr sentyabrdan yanvara, ikinci semestr isə fevraldan iyula qədər davam edir. Adətən, tələbənin universitetə müraciət edə biləcəyi yaş 18-dir, ancaq çox tələbə daha sonra universitetə başlayır. Niderlanddakı universitetlər adətən araşdırma yönümlü və daha çox akademik proqram təklif edən “araşdırma universitetləri” və ya “tətbiqi elmlər universitetləri” kimi tanınır.

Tətbiqi elmlər universiteti

Tətbiqi elmlər universiteti müəyyən bir peşəyə aid olan ali təhsil verir. Bu kurslar adətən daha praktiki olur və həm bakalavr, həm də magistr dərəcələrini təklif edir. Təklif olunan ixtisaslara nümunə kimi mühəndislik, data elmi və sənayə dizaynının adını çəkmək olar.

Araşdırma universiteti

Araşdırma universitetləri ən yüksək akademik iş səviyyəsi kimi qəbul olunur. Daha nəzəri bir təhsil təqdim etməklə yanaşı, tələbələri müstəqil araşdırma aparmağa hazırlayırlar. Araşdırma universitetləri bakalavr, magistr və doktorantura proqramlarını təklif edir. İxtisaslara nümunə kimi kommunikasiya, memecment, hüquq və siyasəti göstərmək olar.


Niderlandda təhsil haqları

Niderlanddakı təhsil haqları Avropadakı digər ölkələrdə təxminən eynidir. Əgər Avropa Birliyində tələbəsinizsə, təhsiliniz üçün ildə təxminən 2000 avro ödəməyi nəzərdə tutmalısınız.

Avropa Birliyinin üzvü olmayan tələbələr üçün təhsil haqları universitetdən və proqramdan asılıdır. Bakalavr proqramları adətən ildə 6000-15000 avroya başa gəlir, Niderlanddakı magistr proqramları isə 8000-12000 avroya başa gəlir.

Məzunlar üçün iş fürsətləri

Dünyanın ən böyük şirkətlərindən bəziləri niderlandlıdır və bir sıra qlobal şirkətin Avropadakı əsas mərkəzi Niderlandda yerləşir. Ölkənin beynəlxalq düşüncə tərzini də nəzərə aldıqda, ingiliscə cəhətdən kifayət qədər bacarıqlı və xarici işçilərə qarşı çox qonaqpərvərlik göstərən bir işçi qüvvəsinin olmasını deyə bilərik. Bunlar beynəlxalq tələbələr üçün mükəmməl şərait deməkdir. Niderland universitetindən Bakalavr və ya Magistr dərəcəsi ilə məzun olmusunuzsa, iş tapmaq və daha uzun müddət burada qalmaq şansınız da yüksək olacaq.

Niderland və ətrafı

Ölkənin bu günə qədərki ən vacib hava limanı Amsterdamda Schipol aeroportudur. Avropanın ən məşğul mərkəzlərindən biri kimi dünyanən demək olar ki, hər yerindən bura asanlıqla gəlib çata bilərsiniz. Niderland nisbətən kiçik, ancaq əhalisi olduqca çox olan bir ölkədir. Çoxsaylı əlaqələri olduğu üçün digər şəhərləri və kənd ərazilərini kəşf etmək kifayət qədər asandır. Niderlandda oxuyan demək olar ki, hamı kimi çatdıqdan dərhal sonra bir velosiped almalısınız. Hətta hava uyğundursa, uzun bir velosiped turu barədə düşünə bilərsiniz. Daha çox gəzmək istəyirsinizsə, qonşu Almaniya və ya Belçikaya asanlıqla qısa gəzintilər edə bilərsiniz. Kəşf etmək istəyirsinizsə, Avropanın qalanına da qatar və ya təyyarə ilə asanlıqla çata bilərsiniz.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın