Yüklənir...
Övladınız yüksək akademik nəticələrə və dərin biliklərə sahibdir? Böyük Britaniyada və ya ABŞ-da təhsil hələ də əlçatmaz arzu kimi səslənir?
Yalnız bu QIŞ!
Bakıda 15-17 yaşlı şagirdlər üçün Azerbaijan Oxbridge Olympiad-ı baş tutacaq. Bu yarışma çərçivəsində siz (övladınız) Britaniyanın ən prestijli və seçilən orta məktəblərindən olan CATS College tərəfindən A-level və ya IB proqramlarında 50%, 70% və hətta 100%-ə qədər endirimli təhsil imkanı əldə edəcəksiniz!
CATS College - beynəlxalq şagirdləri dünyanın yüksək reytinqli universitetlərinə hazırlayan, prestijli pansionat məktəbidir. Məktəb, 4 kampusda tədris proqramları təklif edir:
London, Böyük Britaniya
Canterbury, Böyük Britaniya
Cambridge, Böyük Britaniya
Boston, ABŞ
Olimpiada 3 mərhələdən ibarətdir:
▪️ Tələbənin akademik fəaliyyətinə əsaslanan ilkin seçim (son 2,5 illik təhsil qiymətləri əsasında).
▪️ 3 saat davam edəcək imtahan: İngilis dilindən 2 saat və riyaziyyat üzrə 1 saat. İmtahan ingilis dilində aparılır.
▪️ Məktəblə müsahibə.
Müraciət etmək üçün tələsin! Olimpiadanın ikinci mərhələsinə Azərbaycan ərazisi üzrə yalnız 10-15 şagird keçə biləcək*.
Təqaüd haqqında
Təklif olunan təqaüd proqramı təhsil haqqı, yaşayış (yataqxana), və qidalanma xərclərini əhatə edir.
Abiturientlər tərəfindən ödəniləcək əlavə xərclər:
???? təhsil (təqaüd 100% olmadığı halda)
???? yaşayış (təqaüd 100% olmadığı halda)
???? qidalanma (təqaüd 100% olmadığı halda)
???? aviabiletlər
???? viza haqqı
???? məktəb gəzintiləri
???? cib xərcliyi
???? digər xərclər
* Olimpiadanın ikinci mərhələsinə keçəcək olan şagirdlərə tədbirin baş tutacağı məkan haqqında məlumat veriləcək.
Proqramlar haqqında
A-level (Advanced Level) 16 yaşına çatmış və natamam orta təhsil haqqında sertifikat (GCSE) əldə etmiş məktəblilər üçün bir proqramdır. Proqram 2 il davam edir və gələcəkdəki ixtisaslaşmasından asılı olaraq seçiləcək 3-4 fənnin öyrənilməsini təmin edir.
IB (International Baccalaureate) 16 yaş üzəri məktəblilər üçün nəzərdə tutulmuş, müxtəlif sahələr üzrə 6 fənnin öyrənilməsini təmin edən (3 fənn baza səviyyəsində, digər 3 isə dərin şəkildə) 2 illik bir proqramdır.
Olimpiadada iştirak etmək üçün 050 271 66 69 nömrəsinə yazın/zəng edin və ya bu səhifədəki tədbirə qeydiyyatdan keçin.