Yüklənir...
Qəbul Komissiyası abituriyentləri seçərkən bir çox amillərin təsir edə biləcəyi çətin qərarları qəbul etməli olur. Belə amillərdən biri də abituriyentlərin sənəd paketində təqdim etdikləri tövsiyə məktublarıdır. Lakin, tövsiyə məktubların əksəriyyəti standartlara uyğun olmayaraq abituriyentin şəxsi keyfiyyət və güclü tərəflərini açıqlamır. Qəbul Komissiyasının üzvləri tövsiyə məktubunda nə görmək istəyirlər?
İlk növbədə abituriyentin şəxsi xüsusiyyətlərindən daha ətraflı məlumat tələb olunur. Adətən tövsiyələr əvvəlki təhsil müəssisəsinin müəllimləri tərəfindən verilir. "İstedadlı tələbədir. Liderlik keyfiyyətlərinə malikdir... və s." kimi ümumi xüsusiyyətlər demək olar ki, hər bir tövsiyə məktubunda rastlanır və bir qayda olaraq, qəbul komissiyasını təcübləndirmir. Növbəti seçim daha maraqlı səslənir: "Tələbə mənim bütün təcrübəmdə ən yaxşı və ən istedadlı şagirdlərdən biridir. Və hətta deyə bilərəm ki, TOP 5 ən yaxşı tələbə siyahısına daxildi".
Bununla yanaşı, təhsil müddətində tələbənin göstərdiyi tərəqqi və artımı qeyd etmək vacibdir. Bu, tələbənin şəxsi bacarıqlarını inkişaf etdirməsinə və yeni nəticələr əldə etməsinə sövq etmiş araşdırma lahiyələri və ya olimpiyadalarda iştirak ola bilər.
Tövsiyə məktublarının yazılma qaydaları haqqında peşəkar mütəxəssislərimizə müraciət edə bilərsiniz. Komandamız məmnuniyyətlə bütün suallarınıza cavab verəcək və müasir dövrün ən məşhur universitetləri üçün sənədlərin toplanmasına kömək edəcəkdir!
Ünvanlar:
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776