Anar İsmayılov (Böyük Britaniya)

Anar İsmayılov (Böyük Britaniya)

Coventry University
Müsabiqədə qalib gəlib xaricdə təhsil haqqını əldə edəndən sonra, mənim qabağımda yeni perspektivlər açıldı. Lakin təcrübəm olmadığından, bu perspektivləri həyata keçirmək üçün ilkin addımları hansı tərəfə atmaq mənim üçün böyük sual oldu.

Müsabiqədə qalib gəlib xaricdə təhsil haqqını əldə edəndən sonra, mənim qabağımda yeni perspektivlər açıldı. Lakin təcrübəm olmadığından, bu perspektivləri həyata keçirmək üçün ilkin addımları hansı tərəfə atmaq mənim üçün böyük sual oldu. Düzgün universitetin seçilməsi, universitetə daxil olmaq üçün tələblər, vizanın alınması və sair kimi çətinliklər qarşımda durdu. Nəzərə alsaq ki, bu seçim bütün gələcək həyatıma təsir edəcək, mən təcrübə olmadan risk edib səhv qərarlar verə bilməzdim. Xoşbəxtlikdən Facebook sosial şəbəkəsində Azeri Student şirkətinin səhifəsinə rast gəldim və artıq bu mərhələdən onlar diqqətimi cəlb etdilər. İlk dəfə ofisə tanışlıq və məlumat almaq məqsədiylə yaxınlaşdım, Azeri Student əməkdaşları ilə görüşdükdən sonra Azeri Student-i seçməyimin doğru olduğuna qərar verdim. Çox professional və eyni zamanda xoş, pozitiv münasibət mənim hər hansı şübhəmi rədd etdi. Verdiyim sualların cavablandırılması Azeri Student-in öz işini mükəmməl səviyyədə bilməsinə və böyük təcrübəsinin olmasına dəlalət etdi. Elə ilk görüşdən başa düşdüm ki, xaricdə təhsil alınması ilə bağlı suallarda Azəri Student-ə tam etibar etmək olar. Məndən isə sadəcə lazım olan sənədlərin toplanması tələb olundu, qalan işləri Azəri Student həll etdi. Nəticədə şirkətin sayəsində mən hal-hazırda təhsilimi İngiltərəni Coventry University-nin Beynəlxalq Biznes Hüququ fakültəsində davam etdirirəm. Tam əminliklə deyə bilərəm ki, Azəri Student-siz buna nail ola bilməyəcəkdim. Buna görə də Azəri Student-ə və onun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm və təhsilini xaricdə davam etmək istəyən tələbələrə düşünmədən Azəri Student-ə müraciət etmələrini tövsiyə edirəm.