Elcan Qasımzadə (ABŞ)

Elcan Qasımzadə (ABŞ)

Auburn University of Montgomery
Səfirlik zamanı Amerika vizasında tələbələr çətinlik çəksə də mən vizamı çox tez aldım. Yataqxana və viza prosesimdə də təhsil üzrə agentim mənə çox böyük köməklik etdi.

Xaricdə təhsil almaq hər zaman mənim arzum idi. Vaxtı gəlib çatanda reallaşacağına inandığım üçün ingilis dilimi hər zaman inkişaf etdirirdim. Məktəbin son ilində IELTS 7.0 nəticəmi aldım və universitetləri araşdırmağa başladım. Özümə uyğun bəzi kriteriyalarım var idi. Kiçik, sakit həmçinin reytinq baxımından normal universitet seçmək istəyirdim. Azeri Student şirkətindən mənə yardımçı edən Xanım Ələkbərzadədən bir neçə universitet araşdırmasını istədim. Məlumatlara baxıb yalnız bir universitetə sənədlərimi göndərdim. Nəticələrim yaxşı olduğu üçün qəbul alacağımı bilirdim. Müraciət etdiyim zaman son qeydiyyat tarixinə cəmi bir gün qalmışdı. Necə olduğunu bilmirəm amma cəmi 24 saat ərzində qəbul məktubum artıq məndə idi. Valideynim bu məsələ ilə bağlı təhsil agentimlə tez-tez əlaqə saxlayırdı. Bütün suallarına aydın şəkildə və zamanında cavab verdiyi üçün Xanım Ələkbərzadəyə minnətdarıq. Səfirlik zamanı Amerika vizasında tələbələr çətinlik çəksə də mən vizamı çox tez aldım. Yataqxana və viza prosesimdə də təhsil üzrə agentim mənə çox böyük köməklik etdi. Hətta universitetə gedib çatdıqdan sonra da bütün yaranan bütün suallarıma cavab verilir və köməklik göstərilir. Bütün xidmətlətin ödənişsiz olması və universitetlərin rəsmi nümayəndələri olmaqları şirkətin üstünlüklərindən biridir. Təhsilimə gəldikdə isə universitetdən çox razıyam. Yaşayış yeri ümumi yaşam tərzi isə əsl istədiyim kimidir. Hər şey üçün minnətdarlığımı bildirirəm.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.