Fatimə Xudiyeva (Avstraliya)

Fatimə Xudiyeva (Avstraliya)

Flinders University
Azeri Student həqiqətən də biz tələbələrin, dünyanın istənilən bir məkanında, təhsil almaq istəklərini yerinə yetirə biləcək, eyni zamanda təhsil həyatı və gələcəyimizi həvalə edə biləcəyimiz yeganə ünvandır.

Azeri Student həqiqətən də biz tələbələrin, dünyanın istənilən bir məkanında, təhsil almaq istəklərini yerinə yetirə biləcək, eyni zamanda təhsil həyatı və gələcəyimizi həvalə edə biləcəyimiz yeganə ünvandır. Əvvəla, onu qeyd etmək istərdim ki, işçi kollektivi olduqca mehriban, gülərüz və işlərində dəqiqdirlər. Həmçinin, şirkətin əməkdaşı Əliyev Rauf müəllim sizin istək və problemlərinizi çox asanlıqla anlayır və bütün işlərin ən yaxşısını məhz bu istiqamətdə vəziyyətə görə planlayır. Nəticə etibarı ilə siz təhsil sahəsində olan istək və məqsədlərinizə daha tez çatmış olursunuz. Birmənalı olaraq dünyanın harasında olursunuzsa olun, sizin durumunuzla hər zaman maraqlanırlar və vətəndən kənarda belə olsanız yaranmış problemlərə anındaca, hiss olunmaz sürətdə həll tapırlar. Belə ki, loqosunun üzərindəki yazıdan da, aydın olduğu kimi “You study, We care” prinsipinə isə, maksimum dərəcədə riayət edilir. Mən tam orta məktəbi başa vurduqdan sonra bir illik “International Foundation” hazırlıq proqramında İngiltərədə təhsilimi davam etdirmişəm. Bakalavr pilləsi ( Finance Accounting) üçün isə, Avstraliya marağımı cəlb etmişdi. Lakin Azeri Student-i tanıyana qədər bir neçə, digər müəsissələrə də bu istiqamətdə suallarımı verəndə onların göstərə biləcəyi xidmətin limitli olduğu bəlli oldu. Bu gün mənim 17 yaşım var əvvəlki təhsil aldığım məkana və hazırkına nəzər yetirsək görünür ki, tamamilə yer kürəsinin bir-birinə əks və uzaq məkanlarında müxtəlif və geniş sivilizasiyanın mövcud olduğu tələbələrlə təhsil almaq şansına nail olmuşam. Belə bir möhtəşəm fürsəti mənə yaratdığına görə Azeri Student kollektivinə öz dərin minnətdarlığımı bildirirəm. Son olaraq, onu söyləmək istərdim ki, uğurlarımızın əsas sirlərindən biri də zamandan hər zaman öndə olmağımızdadır. Odur ki, əgər işlərinizə ciddi və professional sürətdə yanaşılmasını və bu baxımdan zamandan öndə olmağınızı istəyirsinizsə, o təqdirdə istəklərinizə gedən yolda Azeri Student ilə addımlayın.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.