Gülay Qasımzadə (Böyük Britaniya)

Gülay Qasımzadə (Böyük Britaniya)

Heriot-Watt University
Təhsil sərgilərinin birində Azeri Student xaricdə təhsil şirkəti ilə tanış oldum və məlumat məqsədilə ofisə yaxınlaşdım. Burada xaricdə təhsil üzrə məsləhətçi mütəxxəssis Kamila Fətullayeva ilə görüşdüm.

Bakalavr təhsilimi bitirdikdən sonra magistr dərəcəsi üzrə təhsilimi davam etdirmək üçün bir çox xarici universitetlərlə əlaqə saxladım. Amma bu işin heç də asan olmayacağını gördüm. Qarşımda düzgün universitet seçimi, universitetlərin tələblərinə cavab vermək, viza problemi və s. kimi bir sıra çətinliklər var idi. Bu istiqamətdə mənə kömək edə biləcək birilərini axtarmağa başladım. Təhsil sərgilərinin birində Azeri Student xaricdə təhsil şirkəti ilə tanış oldum və məlumat məqsədilə ofisə yaxınlaşdım. Burada xaricdə təhsil üzrə məsləhətçi mütəxxəssis Kamila Fətullayeva ilə görüşdüm. İlk tanışlıqdan onun nə qədər professional, ciddi və işinin peşəkarı olduğunu gördüm. Gecə gündüz demədən bütün suallarıma səbrlə cavab verdi. İxtisasıma uyğun düzgün universitet seçimində, eyni zamanda yaşayacağım yeri müəyyənləşdirərkən də verdiyi məsləhətlərə qulaq asdım. Böyük Britaniyada bir neçə universitetlərə sənədlərimi göndərdi. Çox keçmədən Heriot-Watt University-dən qəbul məktubu aldım. Ən son mərhələdə isə heç bir problemlə qarşılaşmadan, ən qısa müddətdə viza müraciətimdən müsbət cavab aldım. Əslində yaxın dost qazandım. Öz arzuma doğru addımladığım bu həyəcanlı, bir o qədər də stresli yolda öz dəyərli məsləhətləri ilə yanımda olduğu, hər zaman gülərüz və diqqətcil olduğu üçün Kamila xanıma minnətdaram. Hal-hazırda Heriot-Watt University-də International Accounting and Finance ixtisası üzrə təhsilimi davam etdirirəm. Son olaraq onu demək istərdim ki, arzularınızın arxasınca getməkdən çəkinməyin. Bilin ki, bu yolda sizə bütün qəlbiylə,qarşılıqsız yardım edəcək Kamila xanım kimi peşəkar mütəxəssis var.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.