Lətifə Qarayeva

Lətifə Qarayeva

University of Amsterdam
11 illik təhsilimi uğurla başa vurduqdan sonra hüquq fakultəsinə AzeriStudent-in köməyi ilə dünyanın top 100lüyündə olan Univeristy of Amsterdamda davam etdim.

9 cu sinifdən xaricdə oxumaq və orada həyat qurmaq arzum olub. Bu barədə çox şanslı idim çünki təhsilim ilə bağlı ailəm həmişə dayağım olmuşdur. Axır ki, bu xəyallarımı reallığa çevirdim. 11 illik təhsilimi uğurla başa vurduqdan sonra hüquq fakultəsinə AzeriStudent-in köməyi ilə dünyanın top 100lüyündə olan Univeristy of Amsterdamda davam etdim. Şəhərin gözəlliyi, insanların səmimiyyəti və əsasda universitetin güçlü təhsil sistemi mənim seçimimin necə doğru olduğunu bir daha təsdiqlədi. Gələcəkdə magistr üçün indidən bəzi fikirlərim var lakin elə düşünürəm ki, holland mədəniyyətinə öyrəşdikdən sonra buranı tərk etmək çox çətin məsələ olar. Avropanın ingilis dilində təhsil verən ən yaxşı universitetləri də elə buradadır və bu işimi çox asandlaşdırır. Çünki hərkəsin anlaya bildiyi ortaq bir dilimiz var. Əgər kiçik bir fürsətiniz varsa bunu dəyərləndirin çünki gələcək bizim gənclərimizdən aslıdır.