Leyla Xanəhməd (İsveçrə)

Leyla Xanəhməd (İsveçrə)

Les Roches İnternational School of Hotel Management
Azeri Student ilə tanışlığım həyatımdakı ən nəzərə çarpan addımlardan birini atmağıma yol açdı. Belə ki, Azeri Student mənim uşaqlıq arzumun həyata keçməsindəki ən böyük pay sahibi olaraq xaricdə təhsil almağıma ciddi təkan vermişdi.

Azeri Student ilə tanışlığım həyatımdakı ən nəzərə çarpan addımlardan birini atmağıma yol açdı. Belə ki, Azeri Student mənim uşaqlıq arzumun həyata keçməsindəki ən böyük pay sahibi olaraq xaricdə təhsil almağıma ciddi təkan vermişdi. İlk dəfə Azeri Student şirkətinin ofisinə daxil olduğumda gördüyüm xoş və istiqanlı münasibət artıq məndə onlar haqda ilk fikrimin formalaşmasında rol oynamışdı. Düzünü desəm, işlərimin bu qədər asanlaşacağını gözləmirdim. Hamının bildiyi kimi xaricdə təhsil almaq hər bir gəncin arzusudur, lakin buna nail olmağı hamı bacarmır. Bunun üçün ciddi addımlar atıb, dəqiq qərarlarla irəliləmək lazımdır. Elə məhz həm bu qərarların verilməsində, həm də uğurlu addımların atılmasında Azeri Student-in rolu əvəzolunmazdır. İlk dəfə ofis ziyarətimin sadəcə tanışlıqla bitəcəyini düşünmüşdüm, amma bu tanışlıq bütün lazımlı informasiyanı almağımla nəticələnmişdi. Geriyə sadəcə tapşırıqları tamamlamaq qalmışdı. Bu tapşırıqların sonu isə uğurla nəticələndi. Azeri Student-in köməkliyi nəticəsində həm ali məktəbə qəbul olunmağım, həm dövlət proqramına muraciətim, həm də vizanı almağım olduqca asanlaşmışdı. Hal-hazırda Les Roches İnternational School of Hotel Management-də turizm təhslimi davam etdirirəm. Həyatımda atmış olduğum ən böyük uğurda əvəzolunmaz izlər qoyduqları üçün Azeri Student çalışanlarına öz dərin minnədarlığımı bildirirəm. Gələcəkdə xaricdə təhsil almağı düşünən potensial tələbələrə heç düşünmədən Azeri Student-i məsləhət görərdim. Bu yolda atılan addımlar həm dövlətimiz, həm də millətimiz üçün bəhrəli olacağından əminəm və bununla qürur duyuram.