Nijat Huseynli

Nijat Huseynli

Bellerbys College
Tamamilə müxtəlif bir sistem, yeni insanlar və müəllimlərin fərqli yanaşması mənə seçim azadlığı verir. Əsas nə istədiyini bilməkdir. Yaşım az olsa da keçən ilin sonundan xaricdə təhsil almaq mənim hədəfim idi. Hədəfimin reallaşmasında mənə Azeri Student kömək oldu.

İlk olaraq mənim seçimim Almaniyada orta məktəb təhsili almaq idi. İngilis dili səviyyəm kifayət qədər güclü olmadığı üçün orda təhsil almağın mənim üçün daha rahat olacağını düşünürdüm. Azeri Student - də çalışan mütəxəssizlərlə görüşlərdən sonra fikrimi İngiltərə yönəltdim və ingilis dili səviyyəmi artırmaqla məşğul oldum. Bu işdə də Azeri Student yardımçı oldu. Şirkətin nəznində olan ingilis dili kurslarına yazıldım və yetərincə effektiv nəticə əldə etdim.

 

Hal hazırda Bellerbys college da təhsil alıram. İlk öncə demək istərdim bura çox təhlükəsizdir və təhsil baxımından güclüdür. Müəllimlər isə bütün problemlərdə bizə məmnuniyyətlə yardımçı olurlar. Düzdü sistemə öyrəşmək biraz vaxtımı aldı amma əgər nə istədiyini bilirsənsə heçbir aşılmaz çətinlik yoxdur. Burda təhsil aldığım üçün özümü şanslı hiss edirəm.

Seçimimin məhz Almaniya yox İngiltərəyə yönləndirdikləri üçün Azeri Student komandasına mən və valideynim adından böyük minnətdarlıq bildirirəm.

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.