Orxan Qurbanov (ABŞ)

Orxan Qurbanov (ABŞ)

Adelphi University MBA Public Administration
Amerikanın ən yaxşı universitetlərindən birinin tələbəsi olduğum üçün özümü şanslı hiss edirəm. Köməklik üçün Azeri Student şirkətinə dərin minnətdarlığımı bildirirəm.

Bakalavr təhsilimi də xaricdə tamamladığım üçün magistratura proqramımı da xarici ölkələrdən birində davam etdirmək istəyirdim. Amerikada dəfələrlə qısa müddətli proqramlar üzrə təhsil aldığım üçün artıq qərarımı vermişdim. Təhsil alacağım ölkə Amerika olacaqdı. Türkiyədə təhsil aldığım və son kurs olduğum üçün bu işlərə necə və haradan başlayacağımı bilmirdim. IELTS və ya başqa hər hansı imtahan nəticəm yox idi. Bakalavr təhsilim ingilis dilində olduğu üçün ingilsi dili səviyyəm normal idi. Lakin imtahan vermək üçün zamanım yox idi. Biraz araşdırma edib Azeri Student şirkətinə müraciət etdim. Mən Türkiyədə oxuduğum üçün təhsil üzrə agentim Xanım Ələkbərzadə ilə yalnız internet üzərindən əlaqə saxladıq. Email, WhatsApp vasitəsi ilə mənə məlumatlar göndərdi hətta IELTS olmadan universitetlərə müraciət edəcəyimi də qeyd etdi. Bütün proses online internet vasitəsi ilə oldu. Sənədləri elektron şəkildə göndərdim və motivasiya məktubu, tövsiyə məktublarının yazılmasında Xanım Ələkbərzadə mənə maksimal köməklik etdi. 2-3 universitetdən qəbul məktubu aldıq. Düzünü desəm ilk müraciət edərkən hansı ixtisası seçəcəyimi də bilmirdim. Bu işdə də mənə çox köməklik etdiyi üçün ayrıca minnətdaram. Nyu-Yorkdan mənə bəzi iş təklifləri gəldi, buna görə də Adelphi University-ni seçdim və peşman deyiləm. Amerikanın ən yaxşı universitetlərindən birinin tələbəsi olduğum üçün özümü şanslı hiss edirəm. Köməklik üçün Azeri Student şirkətinə dərin minnətdarlığımı bildirirəm.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.