Zahira Mammadova (Böyük Britaniya)

Zahira Mammadova (Böyük Britaniya)

University of Buckingham
Bakı Dövlət Universitetində bakalavr, magistratura və hətta doktorantura təhsili almağıma baxmayaraq Böyük Britaniyada təhsil almaq, daha çox təcrübə qazanmaq arzum olaraq qalırdı.

Mən artıq altı ildir ki, Bakıda fəaliyyət göstərən BSB innovasiyalar məktəbində riyaziyyat fənnini tədris edirəm. Bakı Dövlət Universitetində bakalavr, magistratura və hətta doktorantura təhsili almağıma baxmayaraq Böyük Britaniyada təhsil almaq, daha çox təcrübə qazanmaq arzum olaraq qalırdı. Arzumu reallaşdırmaq üçün bir müddət peşəmdən uzaqlaşmaq, müəllimlik fəaliyyətimə fasilə vermək fikri məni narahat edirdi. 2013-cü ildə təsadüfən xaricdə təhsil alan tələbələrimin Facebook səhifəsindən Azeri Student profilini gördüm və bu barədə daha ətraflı məlumat almaq üçün Rasim Allahverdiyev ilə əlaqə saxladım. Qısa bir müddətdən sonra Rasim müəllim mənə çox sərfəli bir variant təklif etdi. Həmin təklifə əsasən , mən işimi davam etməklə yanaşı ilin müəyyən vaxtlarında Britaniya universitetindəki dərslərə qatıla bilərdim. Rasim Allahverdiyevin bu gözəl təklifi Böyük Britaniyada təhsil almaq arzumu reallaşdırdı. Başda Rasim Allahverdiyev olmaqla Azeri Student komandasının hər bir üzvü sənədlərimin göndərilməsində, viza məsələlərində mənə köməklik göstərdilər. Artıq bir ildir ki, bizim səmimi dostluq əlaqələrimiz var. Hazırda mən xaricdə təhsil almaq istəyən tələbələrimə tərəddüd etmədən Azeri Studenti məsləhət görürəm. Rasim Allahverdiyev haqqında onu deye bilərəm ki, gördüyü işdən çox məmnunam və o, işini həmişə layiqincə yerinə yetirir. Bizim üzərimizə düşən isə təbələrimizi, abituriyentləri etibarlı əllərə əmanət etməkdir.

Hörmətlə, Zahirə Məmmədova

University of Buckingham

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.