Züleyxa Qasımova (Kanada)

Züleyxa Qasımova (Kanada)

University of Waterloo
Qeydiyyat, viza prosesi və mənim üçün vacib məqamlardan biri olan yataqxana seçimi prosesində bizə doğurdan çox yardımçı oldu.

Uşaqlıqdan biznes yoxsa incəsənət ixtisası oxuyacağımı qərarlaşdıra bilmirdim. Artıq 10-cu sinifdən araşdırmalara başlamışdım, gələcəyimi harda, hansı universitetdə davam etdirməliyəm? Bu mənim üçün vacib bir qərar olduğu üçün 11-ci sinifin başlanğıcından sənədlərimi təhsil üzrə agentim Xanım Ələkbərzadəyə təqdim etdim. Kanada universitetləri əsas planda idi. Dünyaca reytinqli 3 Universitetə: Toronto, Waterloo, Simon Fraser University-yə sənədlərimi göndərdim. Əsas cavabı Waterloo Universitetindən gözləyirdim. Hər üç universiteti canlı olaraq ziyarət etdik və ən bəyəndiyim Waterloo oldu. Gözlədiyimə dəydi və istədiyim universitetdən qəbul məktubu aldım. Dünya üzrə top universitet olduğu üçün sənədləşmə qeydiyyat prosesi biraz uzun oldu. Kanada ilə saat fərqimiz olduğu üçün təhsil üzrə işlərimdə mənə köməklik edən Xanım Ələkbərzadə hər zaman bizimlə əlaqə yaradır və zamanında bütün işlərimi yerinə yetirməyə çalışırdı. Qeydiyyat, viza prosesi və mənim üçün vacib məqamlardan biri olan yataqxana seçimi prosesində bizə doğurdan çox yardımçı oldu. Hal-hazırda Kanadadayam və hərşeydən çox razıyam. Bura gəlməyimdə göstərdiyi xidmətlərə görə Xanım Ələkbərzadəyə və Rasim müəllimə çox böyük təşəkkürümü bildirirəm.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.