Yüklənir...
Universitet Haqqında
Roosevelt University, İllinoys, Chicago və Schaumburg şəhərlərində kampusları olan aparıcı bir universitetdir. Universitet 1945-ci ildə təsis edilmişdi və ABŞ’ın 32-ci prezidentinin Franklin Roosevelt və birinci xanım Eleanor Roosevelt-in adını daşıyır. Sosial ədalət prinsipləri universitet proqramının hazırlanmasında böyük rol oynayır. Roosevelt University etnik müxtəlifliyi ilə məşhurdur və ABŞ News and World Report-a görə American Midwest universitetlər arasında bu kateqoriyada 4-cü yer alır.
Universitet təcrübə işlərinə böyük diqqət ayırır. Roosevelt University karyera xidmətləri, şəhərin qabaqcıl şirkətləri ilə sıx əlaqələrə malikdir və tələbələrə bu təşkilatlardakı iş yerlərinə giriş imkanı verir. Əvvəlki illərdə universitet tələbələri Chicago Federal Reserve Bankında, Hilton otel şəbəkəsində, JP Morgan, PricewaterhouseCoopers və Morgan Stanley-də böyük təcrübə qazanmışdır. Bu şirkətlərdən əlavə olaraq, tələbələr Abbott Laboratories, Aon, Boeing, Exelon və United Airlines daxil olmaqla, mərkəzi Chicagoda yerləşən 30-dan çox Fortune 500 şirkətinə müraciət edə bilirlər.
Tədris
Populyar ixtisaslar:
Bakalavriat:
Мagistratura:
Ünvan
425 S Wabash Ave, Chicago, IL 60605, USA
Roosevelt University, Çikaqo şəhərinin mərkəzində yerləşir. Təhsil müəssisəsi 2012-ci ilin payızında, ABŞ-ın ikinci ən yüksək universitet binası olan 32 mərtəbəli Wabash kampusunu inşa etdi.
Məzunlar