Yüklənir...

shape shape shape shape

Royal Holloway, University of London

Royal Holloway, University of London

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £10,000+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-50
  • QS reytinqi: 477
  • Qəbul tələbi: IELTS 6.5+, TOEFL 88+

 

Ətraflı məlumat

Royal Holloway, London Universitetində, 1886-cı ildə yaradılmış və London Universitetinin tərkibində olan nüfuzlu təhsil müəssisəsidir. Bu universitet tələbələrə yüksək səviyyəli təhsil, zəngin tələbə həyatı və müxtəlif təqaüd imkanları təqdim edir.

Universitet zəngin tarixi və möhtəşəm binaları ilə tanınmaqla yanaşı, müasir təhsil imkanları və innovativ tədqiqat fəaliyyəti ilə də diqqəti cəlb edir.

Royal Holloway, bakalavr və magistr proqramları ilə tələbələrə geniş təhsil imkanları təqdim edir. Bundan əlavə, güclü akademik heyəti və ən müasir infrastrukturu sayəsində tələbələrə ən yüksək səviyyədə təhsil verir.

Royal Holloway, London Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • BA Drama and Theatre Studies
  • BSc Computer Science
  • BA History
  • BSc Economics
  • BSc Psychology
  • BA English
  • BSc Management with Marketing

Magistratura tədris pilləsi üçün:

  • MSc Information Security
  • MA International Relations
  • MSc Data Science and Analytics
  • MA Creative Writing
  • MSc Digital Marketing
  • MA Public History

Doktorantura tədris pilləsi üçün:

  • PhD in Biological Sciences
  • PhD in Computer Science
  • PhD in Drama, Theatre and Dance
  • PhD in Economics
  • PhD in English
  • PhD in Geography
  • PhD in History

 Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Royal Holloway, London Univeristetində olan bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.

Royal Holloway, London Universitetinin ortalama təhsil haqqı

Royal Holloway, London Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £10,000-dən, magistratura üçünsə £16,250-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Ərizə forması: UCAS və ya universitetin onlayn ərizə portalı vasitəsilə doldurulmalıdır.
  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript. 
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti. 

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.5, hər bölmədən ən azı 5.5 bal.
  • TOEFL (iBT): Minimum ümumi bal 88, hər bölməsən ən azı 20 bal.
  • PTE (Pearson Test of English): Minimum ümumi xal 61, hər bölmədən ən azı 51 bal.

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər. Bu səbəbdən də maraqlandığınız proqram üzrə tələb olunan sənədləri universitetin rəsmi veb-saytına keçid edərək öyrənməyiniz məsləhətdir.

Royal Holloway, London Universitetinin təqaüd imkanları

Royal Holloway, London Universititedində yerli və beynəlxalq tələbələr üçün bir sıra təqaüd proqramları var.

Universitetin təyin etdiyi bu təqaüdlər, təhsil haqqını tam və ya qismən qarşılayaraq tələbələrin təhsil xərclərini azaltmaq üçün nəzərdə tutulub. 

Təklif olunan təqaüd proqramlarından bəziləri bunlardır:

Royal Holloway Principal's Excellence Scholarships: Təqaüd akademik göstəriciləri yüksək olan tələbələrə verilir. 

Təqaüd miqdarı tədsil xərcinin bir qismini qarşılayır və qarşılanan məbləğ hər il dəyişir.

Royal Holloway Bursaries: Ailə gəlirinə əsaslanaraq verilən maliyyə dəstəyidir. Aztəminatlı ailələrdən olan tələbələrin maliyyə yükünü azaltmaq üçün nəzərdə tutulub.

Royal Holloway Research Studentships: Doktora tələbələri üçün tədqiqat təqaüdləridir. Tədqiqat layihələri və akademik göstəricilərə əsasən verilir.

Royal Holloway Principal's Masters Scholarships: Bakalavr tələbələri üçün təqaüd proqramıdır. Akademik göstəriciləri yüksək tələbələrə verilir.

Chevening Scholarships: İngiltərə hökuməti tərəfindən maliyyələşdirilən və müxtəlif ölkələrdən gələn tələbələrə verilən təqaüdlərdir. Tam təhsil haqqı, yaşayış xərcləri və digər xərcləri əhatə edir.

External Scholarships: Xarici təşkilatlar tərəfindən verilən təqaüdlərdir. 

Məsələn, bu təqaüdlər British Council və ya digər beynəlxalq təşkilatlar vasitəsilə əldə edilə bilər.

Departmental Scholarships: Müxtəlif fakültə və bölmələr tərəfindən təklif edilən təqaüdlər. Tələbələrin seçdikləri proqramlara əsasən dəyişir.

Təqaüdlərin məbləği və müraciətlə bağlı universitetin saytından “Scholarships” səhifəsini ziyarət edib öyrənə bilərsiniz.

Royal Holloway, London Universitetində tələbə həyatı

Royal Holloway, London Universiteti tələbələrinə zəngin və dinamik bir tələbə həyatı təklif edir. 

İngiltərənin Egham bölgəsində yerləşən kampus, təbiət gözəllikləri və tarixi binaları ilə tələbələrə unikal təhsil mühitinə sahibdir. Burada tələbələr üçün yüksək səviyyəli akademik imkanlarla yanaşı, müxtəlif sosial, mədəni və idman fəaliyyətləri də mövcuddur.

Universitetin tələbə həyatına müsbət təsir edən faktorlarına bunları aid edə bilərik:

Kampus 

Royal Holloway kampusu, tələbələrin rahat və məhsuldar tələbə həyatı yaşaması üçün hər cür imkana malikdir. 

Kitabxana 24 saat açıqdır və geniş akademik resurslar təqdim edir. Müasir idman mərkəzində idman salonları, üzgüçülük hovuzu, tennis kortları və futbol meydançaları mövcuddur. 

Eyni zamanda tələbələr kampusda yerləşən müxtəlif kafelər, restoranlar və yeməkxanalarda qidalana da bilrlər. Kampusda yerləşən yataqxanalar isə tələbələr üçün rahat və təhlükəsiz yaşayış imkanları təqdim edir.

Tələbə birlikləri və təşkilatlar

Royal Holloway tələbələrinə çoxsaylı birliklərinə və təşkilatlarına qoşulmaq imkanı verir. Bu birlik və təşkilatlar, tələbələrin maraqlarına və ehtiyaclarına uyğun fəaliyyətlər təklif edir. 

İdman klubları arasında futbol, basketbol, voleybol və rugby, mədəniyyət və sənət cəmiyyətləri arasında musiqi, teatr, rəsm və digər mədəniyyət fəaliyyətlərin təşkili bura missal göstərə bilərik.

Sosial fəaliyyətlər və tədbirlər

Universitet, tələbələr üçün il ərzində çoxsaylı sosial fəaliyyətlər və tədbirlər təşkil edir. Konsertlər, teatr nümayişləri, film gecələri və müxtəlif festivallar, tələbələrin sosial həyatını zənginləşdirir. 

Tələbə birliyi tərəfindən təşkil olunan bu fəaliyyətlər, tələbələrin yeni dostlar qazanmasına və sosial bacarıqlarını inkişaf etdirməsinə kömək edir.

Karyera və iş imkanları

Burada, tələbələrə karyera inkişafı və iş tapmaqda dəstək olan müxtəlif xidmətlər mövcuddur ki, bütün tələbələr bundan yararlanıb rahatlıqla iş tapa bilərlər. 

Karyera məsləhətçiləri ilə fərdi görüşlər, təcrümə və iş imkanları, CV yazma və müsahibə hazırlığı üzrə təlimlər və seminarlar, tələbələrin gələcək karyeralarını qurmaqda əvəzsiz rol oynayır.

Royal Holloway, London Universitetinin verdiyi keyfiyyətli təhsil imkanından yararlanmaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın