Yüklənir...
Madrid, İspaniya
1973-cü ildə təsis edilib
Top-50 in best value schools
İllik təhsil haqqı: 14,426 $ +
Universitet haqqında
Yeni dostluqlar və real təcrübələrlə dolu təhsil həyatı İspaniyanın paytaxtında sizi gözləyir. Saint Louis University — Madrid Campus özünüzü və dünyadakı yerinizi kəşf edə biləcəyiniz fərqli bir akademik cəmiyyətdir. SLU-Madrid, 1818-ci ildə qurulmuş USA'nın ən qədim və prestijli Katolik universitetlərindən biri olan Saint Louis University’nin (SLU) Avropa kampusudur.
Madrid kampusu 1967-ci ildə qurulmuş, akkreditə olunmuş 4 illik Amerika universitetidir. Universitet dünya səviyyəli akademiklər, həyatı əhəmiyyət daşıyan tədqiqatlar, mərhəmətli səhiyyə xidməti və cəmiyyətə güclü bağlılığı ilə tanınır.
Saint Louis University, USA’nın ən yaxşı Jesuit universitetləri arasında yer alır və akademik mükəmməlliyi, başqalarına xidmət göstərmək səyləri və yüksək keyfiyyətli təhsilin əldə olunmasına sadiq qaldığı üçün bir çox fəxri adlara layiq görülmüşdür.
Beynəlxalq təhsildə yenilikçi olan Madrid kampusu, son dərəcə sərt və dəyişkən Amerika təhsil proqramları ilə tanınır. Kampusda ABŞ, İspaniya və digər 50-dən çox ölkədən 900-dən çox tələbə təhsil alır. Univeristetin əsas məqsədi, üfüqlərinizi genişləndirmək, bugünkü qloballaşan dünyada yerinizi tapmaq və gələcəyiniz üçün hazırlamaqdır.
Tədris
Populyar ixtisaslar:
Anthropology
Business and Economics
Classical Languages
Communication
Engineering, Aviation and Technology
English
Health Sciences, Nursing and Public Health
History
Mathematics and Computer Science
Modern Languages and ESL
Philosophy
Political Science
Psychology
Spanish
Theology
Bakalavriat:
Мagistratura:
Giriş tələbləri
Ünvan
Saint Louis University — Madrid Campus - Avenida del Valle, 34, 28003 Madrid, Spain
Saint Louis University tələbəsi olaraq həyatı Madriddə yaşayın! Dərslərdən kənar istər futbol liqasında mübarizə aparın, istər dostlarınızla mövcud hadisələri müzakirə edin, istər Şekspiri səhnədə canlandırın - bu kampusda onlarla fəalliyət növü var. Eləcə də, kampusdan kənar Madrid şəhərinin gözəlliklərini kəşf edərək, yeni dostlar qazanaraq ispan dili biliklərinizi də artırın. Madrid — Pireney yarımadasında yerləşir, 1607-ci ildən bəri İspaniyanın paytaxtıdır. İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir. Şəhər, dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FK-un evidir.