Təhsilə hazırlıq

Azeri Student mütəxəssisləri hər bir təhsil müəssisəsinin giriş imtahanları üçün lazım olan bütün tələbləri detallı şəkildə araşdıraraq tanış olub, sizi məlumatlandırırlar. Tələbənin mövcud səviyyəsini müəyyənləşdirərək, seçilmiş məktəb və ya universitetin şərtlərinə uyğun şəkildə fərdi proqram hazırlayırlar.

  • Peşə və ixtisas seçimi
  • İngilis dili kursları və ingilis dilində dərslər
  • Beynəlxalq imtahanlara hazırlıq: IELTS, TOEFL, GMAT, SAT, SSAT, CAE, CPE
  • İngilis dilində akademik fənlər üzrə dərslər (riyaziyyat, fizika, coğrafiya, tarix, biologiya və kimya)
  • motivasiya məktubu yazılmasında köməklik
  • yaradıcı portfolionun hazırlanması
  • psixoloji məsləhətlər.   

 

Özəl məktəblər üçün hazırlıq proqramları

Azeri Student mütəxəssisləri britaniyalı müəllimlər ilə birgə xaricdə özəl məktəblərdə təhsil almaq istəyən şagirdlərə uyğun xüsusi proqramlar tərtib edirlər.

 

Hazırlıq proqramları köməklik göstərəcək:

  • Xarici dildə özünə inamlı şəkildə ünsiyyət qurub öyrənməkdə
  • Akademik mövzuların ingilis dilindəki terminologiyasını öyrənməkdə
  • İnşa, məqalələr yazmaq və təqdimatlar hazırlamaqda
  • Bütün giriş imtahanlarını keçməkdə
  • Bir xarici ölkənin mədəniyyəti, ənənələri və məktəb qaydaları haqqında məlumat əldə etməkdə