Yüklənir...
Silikon Vadisi, Şimali Kaliforniyadakı San Francisco vadisinin bir hissəsi olan San Jose vadisinə verilən addır. Bu adın səbəbi isə bölgədə sıx olaraq istehsal və inkişaf fəaliyyətində olan silikon çip istehsalçılarının və texnologiya sahəsində inkişafa böyük qatqı qatan şirkətlərin burada cəmləşməsidir. Silikon Vadisi ABŞ-da fəaliyyət göstərən bütün IT müəssisələrin üçdə bir hissəsini təşkil edir. Vadi yüksək texnolojı yeniliklərin yaradılmasında aparıcı startup ekosistem hesab olunur.
"San Jose Mercury News" jurnalistləri Silikon Vadisində yerləşən şirkətlərin TOP 150 reytinqini müəyyən etmişlər. Reytinq tərtib olunarkən buradakı şirkətlərin ABŞ birjalarına və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə göndərdikləri maliyyə məlumatları əsas götürülmüşdür. Qeyd edək ki, reytinqdə şirkətlərin keçən ilə olan maliyyə göstəriciləri təqdim edilmişdir.
1. APPLE → Apple ABŞ-ın ən yüksək gəlirli texnoloji şirkətləri siyahısında birinci yerdədir. 2013-cü ildə şirkətin gəliri 174 milyard dollar təşkil edirdi. Bu da bir il əvvəlki göstəricilərdən 6% çox idi. Kaliforniya nəhənginin mənfəəti 21% yüksələrək 37 milyard dollar təşkil etmişdir.
2. HP → Reytinqin ikinci pilləsini HP tutmuşdur. Kompüter istehsalçısı keçən il 112 milyard dollar qazanmışdır. Şirkətin xalis gəliri 2013-cü ildə bir səhmə görə 2,62 dollar təşkil etmişdir.
3. GOOGLE → Google 59,8 milyard dollar gəlir ilə üçüncü pillədə yer almışdır. Bu bir il əvvəlki göstəricidən 16% çoxdur. Şirkətin xalis gəliri keçən illə müqayisədə 12,92 milyard dollar təşkil edir.
4. INTEL → Intel şirkəti isə 52,7 milyard dollar ilə dördüncü pillədə yer alır. Bu isə 2012-ci ilin gösəricilərindən 1% azdır. Intel şirkətinin gəliri 2013-cü ildə 9,6 milyard dollar təşkil edirdi.
5. CISCO → Cisco şirkəti isə liderlərin beşliyini tamamlamışdır. Şirkətin gəliri 47,9 milyard dollar təşkil edir və bu da 2012-ci ildəki göstəricilərdən 1% çoxdur.
Qeyd etmək lazımdır ki, təşkil edilmiş bu reytinqin digər pillələrini Oracle, eBay, Gilead Sciences, Synnex və Applied Materials kimi şirkətlər tutmuşdur.
Sən də uğurlu gələcəyə START vermək arzusundasan? Silikon Vadisi təcrübəsi səni gözləyir!
Görüş təyin edərək ödənişsiz konsultasiya əldə et, bütün suallarını cavablandıraq.
Ünvanlar:
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776