Yüklənir...
Böyük Britaniyada bəzi tibb və diş həkimliyi ixtisaslarında qəbul prosesinin bir hissəsini UKCAT imtahanı təşkil edir. Bu imtahan namizədlərin zehni bacarıqlarını, fərqli situasiyalara olan münasibətini, tənqidi düşünmə qabiliyyətini və məntiqi nəticə çıxarma bacarıqlarını qiymətləndirir. İmtahan onlayn şəkildə keçirilən dörd məntiq testi və bir vəziyyət analizi testindən ibarətdir.
– Verbal reasoning: Yəni, şifahi məntiq, namizədin yazılı məlumatlar əsasında məntiqi düşünmə və nəticə çıxarma bacarıqlarını qiymətləndirir.
Bu test 21 dəqiqə davam edir və imtahana 11 mətn əsasında verilən 44 sual daxildir.
– Quantitative reasoning: Yəni, riyazi məntiq, rəqəmsal problemləri həll etmə bacarığını qiymətləndirir.
İmtahan 24 dəqiqə davam edir, imtahana 9 cədvəl, sxem, qrafik və bunlara əsaslanan 36 sual daxildir.
– Abstract reasoning: Yəni, abstrakt məntiq, namizədin mürəkkəb və konkret olmayan məlumatlar əsasında düşünmə qabiliyyətini ölçülür. Bu test, formalar, nümunələr və fiqurlar arasındakı əlaqələri başa düşmək, oxşarlıqları və fərqləri müəyyən etmək və onların arasında məntiqi əlaqələr qurmaq bacarığını qiymətləndirir.
13 dəqiqə davam edən imtahan 55 sualdan ibarətdir.
– Decision analysis: Yəni, qərar təhlili, müxtəlif formada olan məlumatları şərh etmə, nəticə çıxarma və uyğun cavab vermə bacarıqlarını qiymətləndirir.
32 dəqiqə davam edir və sual məlumat əsasında bir ssenari və 28 sualdan ibarətdir (imtahanda istifadə üçün sadə kalkulyator verilir).
– Situational judgement: Yəni, vəziyyət analizi, namizədin cavabları ilə onun müəyyən vəziyyətə verdiyi reaksiyasını və tibbi etika anlayışını qiymətləndirir.
27 dəqiqə davam edir və 20 ssenari əsasında 67 sualdan ibarətdir.
UCAT imtahanı yerli imtahan mərkəzində keçirilir və hər alt mövzu üçün test şəklində olur. İmtahanda hər il yeni suallar hazırlanır və UKCAT-ın rəsmi saytında imtahana hazırlaşmaq üçün nümunə suallar da yerləşdirirlir.
Aşağıdakı universitetlərə müraciət edən namizədlər UKCAT imtahanında iştirak edə bilərlər:
UCAT 2024 imtahanı üçün qeydiyyat 14 may 2024 tarixində başlayıb. İmtahan üçün vaxtı bron etmək 18 iyun 2024-dən etibarən mümkündür. UCAT imtahanları 8 iyul 2024-dən başlayacaq və son imtahan günü 26 sentyabr 2024 olacaq.
İmtahana qeydiyyat və bron etmə prosesi 19 sentyabr 2024-cü il saat 12:00-da bağlanır. İmtahan nəticələri isə noyabr ayının əvvəlində universitetlərə göndərilir.
UCAT imtahanına hazırlaşarkən verəcəyiniz əsas qərarlardan biri, imtahanı harada verməyiniz olacaq. İmtahan yeri performansınıza birbaşa təsir edir, buna görə diqqətlə seçim etməlisiniz.
İmtahana harada girəcəyinizi müəyyən edərkən nəzərə almalı olduğunuz bəzi əsas amillər:
Performansınızı Harada Maksimuma Çıxara Bilərsiniz?
İmtahan zamanı özünüzü ən rahat hiss edəcəyiniz məkanı seçin. Bəzi insanlar üçün evdə olmaq, tanış bir mühitdə rahat olmaq mənasını verir və bu, onların performansını müsbət təsir edir. Digər tərəfdən, bəziləri rəsmi imtahan mühitində daha məhsuldar olurlar. Əgər özünüzü imtahan mərkəzində daha yaxşı fokuslana biləcəyinizi düşünürsünüzsə, imtahan mərkəzində, evdə daha rahatsınızsa, evdə və ya başqa rahat olduğunuz məkanda imtahan verin.
İmtahanların Uzun Müddət Olmasın Ehtiyacınız Varmı?
Əgər daha uzun imtahan versiyalarına ehtiyacınız varsa, həm evdə, həm də imtahan mərkəzində imtahan verməyiniz mümkündür. Lakin, bu cür uzun testlər imtahan mərkəzində daha rahat və uyğun şəkildə təşkil olunur. Uzun müddətli imtahanda xüsusi şəraitə ehtiyacınız varsa, bunu nəzərə almağınız vacibdir.
İmtahan mərkəzləri haqqında məlumat üçün UCAT-ın rəsmi saytına keçid edə bilərsiniz.
Məkan İmtahanı Tələblərinə Cavab Verirmi?
İmtahana girəcəyiniz məkanın imtahanın tələblərə uyğun olub-olmamasını əvvəlcədən yoxlayın. UCAT-ın Online və imtahan mərkəzləri üçün fərqli tələbləri var. Hansı versiyanı seçdiyinizdən asılı olaraq, Azeri Student ilə əlaqə saxlayıb tələblərə uyğun olub-olmadığınızı yoxlaya bilərsiniz. Bu yolla son anda gözlənilməz problemlərlə qarşılaşmağın qarşısını alacaqsınız.
Ən yaxşı imtahan nəticələrinə nail olmaq üçün bu faktorlara diqqət yetirmək, seçiminizi daha planlı və məqsədyönlü şəkildə etməyinizə kömək edəcək.
UCAT Onlayn imtahanına girə bilmək üçün tələb olunan addımlar:
Bunlar ümumi addımlardır. İmtahandan əvvəl imtahanı harada verəcəyinizə qərar verdikdən sonra, UCAT-ın rəsmi veb-saytından imtahanın məkan tələblərilə tanış olun. Çünki imtahana qeydiyyat və imtahan günü olan proseslər məkandan asılı olaraq fərqlənir ki, bunu bilmək imtahana yaxşı hazırlaşmaq üçün önəmlidir.
UCAT imtahanı ilə bağlı ətraflı məlumat üçün Azeri Student ilə əlaqə saxlaya bilərsiniz. Mütəxəssislərimiz imtahan prosesi haqqında detallı məlumatları sizə təqdim edəcək və imtahanda yaxşı nəticə əldə etməyinizə dəstək olacaq.