Yüklənir...

shape shape shape shape

Universitet üçün ABŞ yoxsa Avropa?

Universitet üçün ABŞ yoxsa Avropa?

Həm ABŞ, həm də Avropa universitetləri dayanmadan özlərini inkişaf etdirən universitetlərdir. İldən ilə bu universitetlərin dünya səviyyəsindəki digər universitetlərlə müqayisədə sıralamalarda daha yüksək yer tuturlar. Həmçinin dünyada tələbələrin sıxlığının və təhsil keyfiyyətinin yüksək olduğu universitetlər adətən bu ərazilərdə yerləşir. Xaricdə təhsil almaq istəyən tələbələrin çoxu ABŞ, yoxsa Avropa - bu iki seçim arasında qalır. Adətən tələbələr bu iki ərazi arasında fərq görmədikləri üçün ətraflı araşdırma etməyə məcbur olurlar. Ancaq Avropa və ABŞ universitetləri arasında az da olsa, fərqlər var.

Avropa və ABŞ universitetlərini müqayisə etsək, əvvəlcə ABŞ-dakı təhsil müəssisələrinin daha böyük və əhatəli olmasından danışa bilərik. Amerikadakı bir çox universitet daha geniş təhsil fürsətləri və daha çox imkana malik olan universitetlər sırasındadır. Ancaq əlbəttə bu o demək deyil ki, Avropa universitetlərinin imkanları zəifdir. Əlbəttə yenə də kifayət qədər tələbənin ehtiyacı olan hər şey təmin olunur.

Digər bir fərq isə ABŞ universitetlərinin təhsil müddətinin Avropa universitetləri ilə müqayisədə daha uzun olmasıdır. ABŞ-dakı universitetlər orta hesabla 4 ildə tamamlanır, bunun isə belə bir üstünlüyü olur ki, tələbənin daha çox boş vaxtı olduğu üçün özünə və özünü inkişaf etdirməyə ayıra biləcəyi vaxtı daha çox olur. ABŞ-da universitet oxumaq tələbələrin şəxsi maraqları və hobbiləri ilə bağlı layihələrdə iştirak etmək və ya digər şəxsi maraqlara vaxt ayırmaq üçün kifayət qədər yaxşıdır. Ancaq Avropa universitetlərində və ya digər şəxsil maraq sahələrində təhsil müddəti orta hesabla 2-3 il olduğu üçün daha intensiv bir təhsil prosesi ilə qarşılaşmaq ehtimalınız var. Buna baxmayaraq, universitet təhsilini mümkün qədər qısa müddətdə tamamlamaq istəyənlər üçün Avropa universitetləri ən doğru seçimdir.

Təhsil Metodikası 

Amerika və Avropa universitetlərinin təhsilə yanaşması fərqli olduğuna görə təlim və təhsil metodları arasında fərqliliklər ola bilər. Avropadakı təhsil müəssisələri, adətən, sinifdə təhsilə daha çox vaxt ayırmağı qarşısına məqsəd qoyur. Tələbənin öyrənmə tərzində daha çox dərsə ehtiyac olursa, bu gözəl bir müsbət cəhət hesab oluna bilər. Digər bir tərəfdən, ABŞ universitetləri isə tələbələrin müxtəlif sahələrə diqqətlərini cəmləyə bilməsi və yeni şeylər kəşf edə bilməsi üçün tələbələrə daha çox boş vaxt verir. ABŞ universitetləri məsələn, tələbələrinin işinin yazılı formada yoxlanılmasının bir yolu kimi tələbələrin məqalə yazmasına, semestr sonu uğurlarına və digər fərdi şəkildə gördükləri işlərə daha çox əhəmiyyət verirlər. Ancaq Avropa universitetlərində yalnız imtahanlar və testlərdən istifadə etməklə daha klassik bir metodologiya tətbiq olunur.

ABŞ-da da, Avropada da universitet oxumaq sizə akademik cəhətdən böyük bir bilik bazası təqdim edəcək. Bu uğurda üstünlük verəcəyiniz ərazinin daha çox sosial cəhətdən fərqlərini nəzərə almaqla seçim edə bilərsiniz, çünki hər iki bölgədə də dünya səviyyəsində öz sözünü demiş kifayət qədər keyfiyyətli universitet təhsili verilir.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın