Yüklənir...

shape shape shape shape

Universitet üçün niyə Almaniyanı seçməlisiniz?

Universitet üçün niyə Almaniyanı seçməlisiniz?

Xaricdə təhsil almağı planlaşdırırsınızsa, təhsil almaq üçün bir ölkə seçmək asan bir şey deyil. Qərar verməyinizə kömək edəcək məlumatları tapmaq üçün milyonlarla veb-saytı arasından məlumat axtarmalı ola bilərsiniz. Nəzərə alınmalı bir çox amil var; təhsil haqqı, yaşayış xərcləri, iqlim şəraiti, təhsilin müddəti və s. Almaniya beynəlxalq tələbələr arasında ən populyar ölkələrdən biridir və Avropa Birliyindəki tələbələr üçün ən yüksək yerlərdən birini tutur. Alman universitetlərindəki tələbələrin 12 faizindən çoxu xaricdən gəlir, çünki həqiqətən də bunun üçün səbəblər var. Avtomobildən tutmuş təhsilə qədər, insanlər hər yerdə “Alman malı” ifadəsini keyfiyyətin göstəricisi kimi qəbul edir. Alman ali təhsili dünyanın ən yaxşılarından biridir. Xüsusilə də mühəndislik və elm sahələrində Almaniyanın məşhur universitet ənənələrindən faydalana bilərsiniz. Almaniya universitetinin diplomuna dünyanın hər yerindəki işəgötürənlər tərəfindən hörmət edilir.

Dünyanın ən yaxşı universitetləri

Almaniya dünyadakı ən yaxşı universitetlərin bir neçəsinə malikdir. QS Dünya Universitet Sıralamasında Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqdan sonra ən çox universeti olan ölkə Almaniyadır ki, burada 44 Almaniya universiteti yer tutur. Times Higher Education Dünya Universitetləri Sıralamasında ilk 500-lükdə 43 universiteti, ilk 100-lükdə isə 10 Almaniya universiteti yer alır. Əgər keyfiyyətli təhsil sizin üçün vacibdirsə, onda siyahınızın ən yuxarılarında Almaniyanı yerləşdirməlisiniz. Tələbələr böyük tədris haqları ödəməsələr də, Almaniyada yaşayış xərclərini ödəmək çətin ola bilər. Tələbələrin yaşayış xərclərini qarşılaya bilməsi üçün DAAD təqaüdləri və yarımştat işlərdə işləmək kimi müxtəlif maliyyə mənbələri tapması mümkündür. Restoranlarda, supermarketlərdə və s. yarımştat iş fürsətlərində beynəlxalq bir tələbə kimi ildə yalnız 120 tam gün və ya 240 yarım iş günü işləməyinizə icazə verilir.

Almaniyada dərəcənizi aldıqdan sonra ixtisasınıza uyğun bir iş axtarmaq üçün ölkədə 18 aya qədər qala bilərsiniz. Almaniya tələbələrinə mükəmməl bir iş və doktorantura fürsəti təklif edir. Almaniya Avropa Birliyində məzunlar üçün ən aşağı işsizlik dərəcəsinə malikdir. Bir araşdırmaya əsasən Almaniyanın 2030 ilinə qədər 3 milyon ixtisaslaşmış işçi ehtiyacının yaranması ehtimalı var. Bu da o deməkdir ki, Almaniyada oxuduqdan sonra daha çox iş imkanınız ola bilər.

Avrupada təhsil

Oxumaqdan əlavə Avropanın mərkəzində yaşamaq sizin üçün Avropa qitəsini gəzmək üçün fürsət deməkdir. Əlavə olaraq, Almaniya tələbə vizası məhdudiyyət olmadan 26 ölkəyə səyahət etməyinizə imkan yaradacaq. Alp dağlarında xizək sürmək, Dolomitlərdə alpinistliklə məşğul olmaq, Barselonada çimərlikdən zövq almaq, Paris, Roma və Amsterdamı ziyarət etmək istəsəniz, qatar və ya təyyarə ilə bir neçə saat ərzində əksər yerlərə gedə bilərsiniz. Almaniyada işləməklə tələbə həyatını davam etdirərkən bu formada həftəsonu gəzintiləri də etməklə Almaniyada olduğunuz müddəti fərqli ölkələri gəzməklə dəyərləndirə bilərsiniz.

Adətən, “şairlər və mütəfəkkirlər ölkəsi” kimi tanınan Almaniya bir çox məşhur musiqiçi, yazıçı, elm adamı və filozofun vətəni olub. Berlindəki Brandenburq qapısı, Leypsiqdəki Beynəlxalq Müharibə Abidəsi, Nürnberqdəki Alman Milli Muzeyi və Köln Katedralı daxil olmaqla kəşf ediləcək çox simvolikləşmiş tikililər, muzeylər və kitabxanalar sayəsində burada qaldığınız müddətdə görüləsi və ediləsi çox şey var. Alternativ olaraq Berlindəki İşıq Festivalının işıq proyeksiyalarına və video sənətinə heyran qala bilərsiniz və ya Aaxendəki Qara Masa Sehir Teatrındakı bir performansa valeh ola bilərsiniz. Bayram vaxtı yolunuz düşərsə Köln, Frankfurt, Hamburq kimi şəhərlərdə qurulan Noel bazarlarının ləzzətlərini mütləq dadmalısınız. Almaniyada təhsil almağı seçməklə müxtəlif imkanlardan yararlanmaq və dünyanın ən çox istifadə olunan dillərindən birini öyrənmək üçün mükəmməl bir fürsətiniz olacaq.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın