Yüklənir...
Ümumi məlumat
Ətraflı məlumat
Bristol Universiteti Böyük Britaniyanın ən nüfuzlu və köklü təhsil müəssisələrindən biridir. 1876-cı ildə əsası qoyulan universitet elə o vaxtdan dünyaca məşhur təhsil və tədqiqat mərkəzinə çevrilib.
Güclü akademik proqramları və innovativ tədqiqat işləri ilə tanınan Bristol Universiteti tələbələrə yüksək keyfiyyətli təhsil təklif edir.
Bristol Universiteti təklif etdiyi təhsilin keyfiyyəti ilə dünya reytinqlərində yüksək yer tutur. Universitet müxtəlif fənlər üzrə bakalavr, magistr və doktorantura proqramlarının təklif edir. Fakültələr öz sahələrində mütəxəssis olan beynəlxalq səviyyədə tanınmış professorlardan ibarətdir.
Universitetin məzunları arasında kimya üzrə Nobel mükafatı laureatı Sir Paul Nurse və fizika üzrə Nobel mükafatı laureatı Ser Nevill Francis Mott kimi mühüm adlar var. Bu nailiyyətlər Bristol Universitetinin akademik və tədqiqat üstünlüyünü bir daha sübut edir.
Bakalavr tədris pilləsi üçün:
Magistratura tədris pilləsi üçün:
Doktorantura tədris pilləsi üçün:
Bristol Universitetində yerli vətəndaşları ilə beynəlxalq tələbələrin təhsil haqları fərqlidir.
Beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £15,850-dən, magistratura üçünsə £26,000-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.
İngilis dili biliyi tələbləri:
Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna, minimal bal tələbləri fərqli ola bilər bilər. Bu səbəbdən də maraqlandığınız proqram üzrə tələb olunan sənədləri Bristol Universitetinin rəsmi veb-saytından öyrənməyiniz məsləhətdir.
Bristol Universiteti, tələbələrinə geniş təqaüd imkanları yaradaraq, onların akademik və şəxsi inkişaflarına dəstək olur.
Universitetdə mövcud olan əsas təqaüd proqramları haqqında məlumat aşağdakılardır:
Think Big Scholarships: Bu təqaüdlər həm bakalavr, həm də magistr proqramlarına müraciət edən tələbələr üçün nəzərdə tutulub. Think Big təqaüdləri təhsil xərclərini azaltmaq və tələbələrin akademik həyatlarını dəstəkləmək məqsədi daşıyır. Bu təqaüd proqramına müraciət edən tələbələr avtomatik olaraq digər Bristol Universiteti beynəlxalq təqaüdləri üçün də müraciət etmiş sayılır.
Subject-Specific Scholarships: Bəzi proqramlar üçün Subject-Specific Scholarships də mövcuddur. Bu təqaüdlərin verildiyi proqramlar hər il dəyişir və yalnız həmin proqramlara qəbul olan tələbələr üçün nəzərdə tutulur.
Postgraduate Research Scholarships: Doktorantura proqramlarına qəbul olan tələbələr üçün tam təhsil haqqı və yaşayış xərclərini əhatə edən tədqiqat təqaüdləri mövcuddur.
Additional Scholarships: Bristol Universiteti, nüfuzlu xarici tərəfdaşları ilə birlikdə, müəyyən regionlardan olan tələbələr üçün də müxtəlif təqaüdlər təklif edir. Məsələn, Great Scholarships, Michael Wong Pakshong Bursary və Phyllis Mary Morris Bursary kimi xüsusi təqaüdlər mövcuddur.
Yuxarıda qeyd olunanlar universitetdə mövcud təqaüdlərdən bəziləridir. Universitetdə əlavə olaraq beynəlxalq, dövlət və universitetin özünün maliyyələşdirdiyi xeyli təqaüdlər var.
Bristol Universiteti keyfiyyətli təhsillə bərabər, zəngin və dinamik tələbə həyatına da sahibdir. Universitetin şəhərin mərkəzində yerləşməsi və müasir infrastruktur tələbələrin həm akademik, həm də şəxsi inkişafını dəstəkləyir.
Kampus
Bristol Universitetinin kampusu tələbələrə müasir və hərtərəfli imkanlar təklif edir. Universitetin əsas korpusu Clifton Kampusu tarixi binalar, müasir sinif otaqları və tədqiqat laboratoriyalarına malikdir. Digər kamuslar Langford Kampusu və Temple Quarter Kampusları da eyni infrasktura sahibdir.
Kampusların gər birinin ətrafında müxtəlif kafelər və istirahət zonaları da var.
Tələbə klubları
Bristol Universitetində yüzlərlə tələbə klubu və cəmiyyəti var. Bu klublar tələbələrə maraqlarına uyğun olaraq qoşulmaq üçün geniş seçimlər təklif edir.
İdman klublarından incəsənət və mədəniyyət, akademik birliklərdən sosial və hobbi klublarına qədər bir çox fərqli sahədə fəaliyyət göstərən klublar var. Tələbələr bu klublar vasitəsilə yeni dostlar qazana, maraqlarını araşdıra və şəxsi inkişaflarına dəstək ola bilərlər.
Dəstək xidmətləri
Bristol Universiteti tələbələrə akademik və şəxsi dəstək xidmətləri təklif edir. Akademik məsləhət xidmətləri tələbələrə kurs seçimindən karyera planlamasına qədər rəhbərlik edir.
Universitet həmçinin tələbələrə sağlamlıq və rifah xidmətləri də göstərir. Kampusda yerləşən sağlamlıq mərkəzləri tələbələrə ümumi sağlamlıq xidmətləri, məsləhət və psixoloji dəstək verir.
İdman obyektləri
Universitetin idman zalları tələbələrin müxtəlif fitnes dərslərində iştirak edə və idman avadanlıqlarından istifadə edə biləcəkləri yerlər var. Kampusda qapalı hovuzlar var və tələbələr sərbəst üzgüçülük və ya üzgüçülük dərslərində iştirak edə bilərlər.
Universitet həmçinin tennis kortu, futbol meydançaları, basketbol meydançaları kimi açıq idman obyektlərinə də sahibdir.
Eyni zamanda buradakı müxtəlif idman klubları və komandaları tələbələrə müxtəlif idman növlərində fəal olmaq imkanı verir.
Hərtərəfli imkanlara sahib Bristol Universitetində təhsil almaq üçün bizimlə əlaqə saxlayın!