Yüklənir...

shape shape shape shape

University of Manchester

University of Manchester

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £30,000+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-10
  • QS reytinqi: 34
  • Qəbul tələbi: IELTS 5.5+, TOEFL 72+

 

Ətraflı məlumat

Manchester Universiteti Böyük Britaniyanın aparıcı akademik institutlarından biridir. Əsası 1824-cü ildə qoyulmuş bu nüfuzlu universitetin uzun və köklü tarixi var.

Manchester Universiteti geniş çeşiddə bakalavr, magistrature və doktorantura proqramları təklif etməklə tələbələrinə dünya səviyyəli təhsil verir.

Universitet həm də tədqiqat və innovativ layihələrdəki uğurları ilə seçilir. Mançester Universitetini bitirən bir çox tələbə əhəmiyyətli akademik və peşəkar uğurlar əldə edib.

Fizika üzrə Nobel mükafatı almış Andre Geim və tədqiqat sahəsində nəaliyyətləri olan Konstantin Novoselov bu universitetin məzunları arasındadır.

Manchester Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • BSc Computer Science
  • BA Economics
  • BEng Mechanical Engineering
  • BA English Literature
  • BSc Psychology
  • LLB Law
  • BSc Biomedical Sciences
  • BA Politics and International Relations
  • BSc Mathematics
  • BEng Electrical and Electronic Engineering

Magistratura tədris pilləsi üçün:

  • MSc Data Science
  • MA Creative Writing
  • MSc Finance
  • MSc Advanced Computer Science
  • MA International Relations
  • MSc Environmental Governance
  • MA Social Anthropology
  • MSc Marketing
  • MSc Biotechnology
  • MSc Urban Design and International Planning

Doktorantura tədris pilləsi üçün:

  • PhD in Physics
  • PhD in Chemistry
  • PhD in History
  • PhD in Computer Science
  • PhD in Mechanical Engineering
  • PhD in Sociology
  • PhD in Mathematics
  • PhD in Environmental Science
  • PhD in Political Science
  • PhD in Psychology

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Manchester Universitetində olan bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.

Manchester Universitetinin ortalama təhsil haqqı

Manchester Universitetində yerli vətəndaşları ilə beynəlxalq tələbələrin təhsil haqları fərqlidir. Beynəlxalq tələbələr üçün illik təhsil haqqı £30,000-dan başlayır və proqramdan, tədris pilləsindən,  ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Ərizə forması: UCAS və ya universitetin onlayn ərizə portalı vasitəsilə doldurulmalıdır.
  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Praktiki elmi bacarıqlar testi: Elmi və mühəndislik proqramları üçün lazımdır.

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 5.5, bəzi ixtisaslar üçün 6.0-dır.

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər. 

Manchester Universitetinin təqaüd imkanları

Manchester Universiteti müxtəlif təqaüd imkanları ilə tələbələrə maddi dəstək göstərir. Bu təqaüdlər həm yerli, həm də beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur və akademik göstəricilərə, sosial vəziyyətə və xüsusi ehtiyaclara əsasən verilir.

Beynəlxalq təşkilatların, universitetin özünün və ya dövlətin təmin etdiyi çox saylı təqaüdlərdən bəziləri bunlardır:

Global Futures Scholarship: Bu təqaüd, həm bakalavr, həm də magistr proqramları üzrə təhsil alacaq beynəlxalq tələbələr üçün nəzərdə tutulub.

Equity and Merit Scholarships: Magistr təhsili alan tələbələ verilən təqaüd təhsil haqqını, beynəlxalq uçuş xərclərini, yaşayış xərclərini və viza xərclərini əhatə edir.

Humanitarian Scholarships: Silahlı münaqişə nəticəsində öz vətənlərini tərk etmək məcburiyyətində qalan tələbələr üçün nəzərdə tutulub. Təqaüd təhsil haqqını, yaşayış xərclərini və viza xərclərini əhatə edir.

Engineering the Future Scholarships: Mühəndislik proqramlarında təhsil alacaq tələbələr üçün nəzərdə tutulmuşdur. Tam və yaxud da qismən təhsil haqqını əhatə edir.

Manchester Humanities International Excellence Scholarship: Humanitar elmlər sahəsində təhsil alacaq beynəlxalq tələbələr üçün nəzərdə tutulub və akademik göstəriciləri yüksək tələbələrə verilir.

Manchester Institute of Education Master's Bursary: Təhsil sahəsində magistr təhsili alacaq tələbələr üçün nəzərdə tutulmuşdur və maliyyə dəstəyi təmin edir.

Bütün təqaüdlər haqqında ətraflı məlumat və müraciət üçün Manchester Universitetinin “Funding, Scholarships and Bursaries” səhifəsinə keçid edə bilərsiniz.

Manchester Universitetində tələbə həyatı

Manchester Universitetində təhsillə bərabər tələbə həyatı da zəngindir.

Universitetin tələbə həyatına müsbət təsir edən faktorlarına bunları aid edə bilərik:

Tələbə birlikləri və təşkilatlar

Manchester Universiteti tələbələrə müxtəlif maraq sahələrinə uyğunlaşan çoxsaylı tələbə birlikləri və cəmiyyətlər təqdim edir. Bu cəmiyyətlərə qatılaraq tələbələr yeni dostlar tapa, maraqlarını inkişaf etdirə və müxtəlif fəaliyyətlərdə iştirak edə bilərlər.

İdman klublarından tutmuş akademik və mədəniyyət cəmiyyətlərinə qədər geniş seçimlər mövcuddur.

İdman və fitnes

Universitetin idman infrastrukturu tələbələrin fiziki sağlamlığını və rifahını təmin etmək üçün geniş imkanlar təqdim edir. Buraya modern idman zalları, üzgüçülük hovuzları, idman meydançaları və müxtəlif idman klubları daxildir.

Tələbələr idman fəaliyyətlərinə qatılaraq həm fiziki sağlamlıqlarını qoruyur, həm də öz komandalarını quraraq yarışlarda iştirak edirlər.

Sosial fəaliyyətlər

Manchester Universitetində tələbə həyatı müxtəlif sosial fəaliyyətlərlə zəngindir. Buraya konsertlər, teatr tamaşaları, sənət sərgiləri və digər mədəniyyət tədbirləri daxildir.

Eyni zamanda universitetin şəhər mərkəzində yerləşməsi tələbələrə Manchester şəhərinin zəngin mədəni və ictimai həyatından faydalanmaq imkanı verir.

Dəstək xidmətləri

Universitet tələbələrin akademik və şəxsi həyatında qarşılaşa biləcəkləri hər hansı problemlərlə bağlı dəstək göstərir. Tələbə dəstəyi mərkəzləri məsləhət xidməti, psixoloji dəstək, akademik məsləhət və kariyera inkişafı ilə bağlı xidmətlər mövcuddur

Siz də TOP-10 universitetlərdən olan Manchester Universitetində təhsil almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın