Yüklənir...

shape shape shape shape

University of Westminster

University of Westminster

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: $19,000+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-100
  • QS reytinqi: 741-750
  • Qəbul tələbi: IELTS 6.0+, TOEFL 78+

 

Ətraflı məlumat

1838-ci ildə əsası qoyulan Westminster Universiteti uzun tarixi ərzində innovativ təhsil metodları və tədqiqat nailiyyətləri ilə seçilir. Londonun mərkəzində yerləşən universitet çox saylı tədris proqramlarına sahibdir.

Bütün dünyada akkreditasiyaya sahib universitetin məzunları arasında Nobel mükafatı almış alimlər və tanınmış tədqiqatçılar da var.

Gəlin universitet haqqında daha ətraflı məlumat alaq.

Westminster Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Accounting BSc Honours
  • Architecture BA Honours
  • Biomedical Sciences BSc Honours
  • Business Management BA Honours
  • Computer Science BSc Honours
  • Criminology BA Honours
  • Digital Media BA Honours
  • Fashion Design BA Honours
  • International Relations BA Honours
  • Law LLB Honours
  • Marketing Management BA Honours
  • Music Production BA Honours
  • Psychology BSc Honours

Magistratura tədris pilləsi üçün:

  • Applied Biotechnology MSc
  • Architecture and Environmental Design MSc
  • Business Administration MBA
  • Computer Science MSc
  • Digital and Interactive Storytelling LAB MA
  • Finance and Accounting MSc
  • Global Public Health Nutrition MSc
  • International Business Management MSc
  • Journalism MA
  • Marketing Communications MA
  • Real Estate Development MSc
  • Strategic Management MSc

Doktorantura tədris pilləsi üçün:

  • PhD in Architecture
  • PhD in Biomedical Sciences
  • PhD in Business and Management
  • PhD in Computer Science
  • PhD in Law
  • PhD in Media and Communication
  • PhD in Psychology
  • PhD in Social Sciences

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Universitetdəki bütün proqram və ixtisasların siyahısına Westminster Universitetin rəsmi saytından baxa bilərsiniz.

Westminster Universitetinin ortalama təhsil haqqı

Westminster Universitetində təhsil haqqı bakalavr proqramları üçün 19.300 dollar, magistratura üçün 19.000 – 27.000 dollar aralığındadır.

Bu qiymətlər proqram və istisasdan aslı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

İELTS - Bakalavr və magistraturada hər bir komponent üzrə minimum 5.5 olmaqla ümumilikdə 6,0. Doktorantura üçün hər komponentdə minimum 6,0 olmaqla 6,5. Bəzi PhD proqramları üçün minimal tələb 7.0-dır.

UKVI üçün IELTS ilə yanaşı, IELTS Academic və IELTS Onli də qəbul edilir.

TOEFL – Bakalavr minimum 78 bal, magistratura üçün 88, doktorantura üçün 93 bal.

Bu tələblər ümumidir və proqramdan aslı olaraq əlavə sənədlər istənilə, minimal bal fərqli olan bilər.

Westminster Universitetinin təqaüd imkanları

Westminster Universitetində müxtəlif təqaüd proqramları var ki, tələbələr bu proqramlarla yararlanıb maddi çətinlik çəkmədən təhsil ala bilərsiniz.

Universitet tərəfindən verilən təqaüdlərdən bəziləri bunlardır:

International Postgraduate Part Fee Scholarship: Yaxşı akademik göstəriciləri olan tələbələrə verilən bu təqaüd magistr tələbələrinin təhsil haqlarının bir hissəsini qarşılayır

Chevening Scholarship: Britaniya hökuməti tərəfindən maliyyələşdirilən proqram tam təqaüddür və səyahət, yaşayış və təhsil haqlarını əhatə edir.

Chevening təqaüdləri liderlik potensialına malik tələbələrə verilir və müraciətlər akademik nailiyyətlər və liderlik potensialı əsasında qiymətləndirilir.

Westminster GREAT Scholarships: Bir illik magistr proqramları üçün təhsil haqlarını əhatə edir və akademik səviyyəti yaxşı tələbələrə verilir.  

Westminster Vice-Chancellor’s Scholarship: Təqaüd akademik nailiyyəti və maliyyə ehtiyacı olanlara verilir

Westminster Bursary: Bu təqaüd avtomatik olaraq aşağı gəlirli beynəlxalq tələbələrə verilir.

Təqaüdlər haqqında ətraflı məlumat üçün universitetin Fees And Funding” səhifəsinə keçid edə bilərsiniz.

Westminster Universitetində tələbə həyatı

Londonun mərkəzində yerləşən universitet tələbələrin akademik, sosial və mədəni ehtiyaclarını ödəmək üçün bir çox imkanlar təklif edir.

London dünyanın ən dinamik və kosmopolit şəhərlərindən biridir. Westminster Universitetində təhsil alan tələbələrin Londonun təklif etdiyi mədəni və sosial imkanlardan yararlanmaq maraqlı tələbəlik yaşaya bilərlər. Muzeylər, teatrlar, parklar, ticarət mərkəzləri və müxtəlif tədbirlər tələbələrin asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaradır.

Kampuslar

Westminster Universitetinin dörd əsas kampusu var: Cavendish, Marylebone, Harrow və Regent. Hər bir kampus müasir sinif otaqları, kitabxanalar, laboratoriyalar və sosial sahələrlə təchiz edilmişdir. Bundan əlavə, idman zalları, yeməkxanalar və tələbə mərkəzləri kimi müxtəlif obyektlər də mövcuddur.

Bu imkanlar tələbələrə dərsdən kənar vaxtlarını səmərəli və əyləncəli keçirməyə imkan verir.

İctimai fəaliyyətlər

Müxtəlif sosial tədbirlər və tələbə klubları kampus həyatını maraqlı edən amillərdir. Tələbələr idman klublarından tutmuş incəsənət və mədəniyyət cəmiyyətlərinə qədər müxtəlif fəaliyyətlərdə iştirak edə bilərlər.

Bu klublar tələbələrə yeni bacarıqlar öyrənmək, maraqları araşdırmaq və yeni dostluqlar qurmaq üçün əla imkanlar yaradır.

Dəstək xidmətləri

Universitet tələbələrin akademik və şəxsi inkişafına dəstək olmaq üçün müxtəlif xidmətlər təklif edir. Karyera məsləhəti, akademik dəstək, sağlamlıq xidmətləri və psixoloji məsləhət kimi xidmətlər tələbələrə universitet həyatında qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gəlməyə kömək edir.

Sizdə ən yaxşı universitetlərindən olan Westminster Universitetində təhsil almaq istəyirsinizsə, Azeri Student-ə müraciət edə bilərsiniz!

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın