Yüklənir...

shape shape shape shape

Washington State University - gələcəyinizə ən yaxşı investisiya!

Washington State University - gələcəyinizə ən yaxşı investisiya!

Sizlər üçün ən yaxşıları seçirik! Aparıcı ABŞ universitetlərimiz sırasına yenisi əlavə olundu - Washington State University!

 

WSU - Washington ştatında 5 kampusa sahib olan TOP dövlət universitetidir. Hal-hazırda Washington State University Amerikanın dövlət universitetləri arasında 68-ci yerdədir. (4.000 universitet üzərindən).

 

Washington State University ümumilikdə 100 üzəri ixtisas təklif etməkdədir. Burada həm bakalavr, həm də magistratura dərəcələri üzrə unikal proqramlar mövcuddur. Ən yaxşı WSU ixtisasları:

  • Energetika üzrə Top 5

  • Biomühəndislik üzrə #18

  • Kompüter mühəndisliyi üzrə #46

  • Material Mühəndisliyi üzrə #46

  • Mülki Mühəndislik üzrə #50

  • Mexanika Mühəndisliyi üzrə #57

  • Kompüter Elmləri üzrə #70

  • Elektron Mühəndisliyi üzrə #74

  • Kimya Mühəndisliyi üzrə #84

 

Universitetin 21.000 tələbəyə sahib olan ən nəhəng kampusu Pullman şəhərində yerləşir. Burada təhsil və yaşam üçün lazımi hər bir detal nəzərə alınmışdır. Əhalinin ⅔ hissəsini universitetin tələbələri təşkil etməkdədir ki, bu da Pullman şəhərini çox təhlukəsiz bir yerə çevirir. Uzun illərdir sözügedən kampus Amerikanın TOP 10 ən təhlükəsizləri sırasındadır. Kampusda “weapon-free” siyasəti tədbiq edilir, yəni ki, kampus ərazisində silah daşımaq və saxlamaq QADAĞANDIR.

 

Washington State University reytinq sıralamalarında:

  • ABŞ üzrə ən yaxşı dövlət təhsil müəssisələri arasında #68 yer (U.S. News & World Report 2018).

  • Ölkənin ən yaxşı kollecləri sırasında #37 yer (Money Magazine 2016).

  • Öz tələbələrinin karyeralarına ən yüksək töhfələr verən kolleclər sırasında 5-ci yer (Money Magazine 2016).

  • Cinayət hüquqşünaslığı üzrə ən yaxşı bakalavr dərəcələri siyahısında 3-cü yer (College Choice 2018).

  • Ölkənin ən yaxşı qonaqpərvərlik idarəetməsi proqramları üzrə #8 yer (TheBestSchools.org 2017).

 

Sənaye ilə sıx əlaqələri sayəsində universitet öz tələbələrini müxtəlif təcrübə proqramları ilə təmin edir. WSU məzunları aşağıdakı bir çox aparıcı şirkətlərdə karyeralarına davam etməkdədirlər: Amazon.com; The Boeing Co; Expedia; Microsoft; Nintendo; eləcə də Schweitzer; Starbucks; ZymoGenentics mühəndislik laboratoriyalarında.

 

Sentyabr 2021-dən Washington State University tələbəsi adını qazanmaq istəyənlərin nəzərinə! Müraciətləriniz üçün tələsin!

 

Ünvanlarımız:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: 050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: 050 295 97 76

E-mail ünvanı: [email protected]

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın